b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_o2Q0zoEVBUE.jpg

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 29 il keçir.

Missiya.Az xəbər verir ki, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.

Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər.

Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən, yanvarın 20-si səhər saat 8-dən axşam saat 18-dək Parlament prospekti və Mehdi Hüseyn küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

29 mart 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

20 Avqust 2019 Deputatın oğlunun həbsinin pərdəarxası - İlginc faktlar
10 Avqust 2019 Sabah yağış yağacaq, güclü külək əsəcək
09 Avqust 2019 Ali məktəblərdə 5785 plan yeri boş qalıb
09 Avqust 2019 Şəki Xan Sarayına giriş bərpa olunub
31 İyul 2019 Qəzaya uğramış MİQ-29 təyyarəsi haqda YENİ XƏBƏR
29 İyul 2019 Xəzərə düşən MİQ-29 barədə YENİ XƏBƏR
15 İyul 2019 Şəkidə Xan Çinarının budaqlarının qırılmasının ilkin səbəbi məlum olub
14 İyul 2019 Şəki Xan sarayında Xan çinarın budağı qırılıb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB
13 İyul 2019 Su-25 hücum təyyarələrimizdən raket zərbələri - VİDEO
11 İyul 2019 Ukraynalı aparıcının Bakıda oteldə yataq görüntüləri yayıldı - VİDEO
10 İyul 2019 İlham Əliyev: Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir
08 İyul 2019 Prezidentdən daha bir Xalq artistinə mənzil hədiyyəsi
08 İyul 2019 Bu şəxslərin maaşı 50 faiz artır
06 İyul 2019 Prezident: Bu il altı mindən çox köçkün ailəsinə yeni mənzillər veriləcək
26 İyun 2019 LDU-də məzun günü - FOTOLAR
24 İyun 2019 Azərbaycanda əjdaha başlı ilan tapıldı - FOTO
22 İyun 2019 Prezident dövlət qulluqçularını təltif etdi - SİYAHI
21 İyun 2019 Zakir Qarolov onu hərbi prokuror təyin etdi - ƏMR
19 İyun 2019 Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə
13 İyun 2019 Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin saytı yaradır