b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1546518981_49564148_751561451885271_6766101808067641344_o.jpg
Yanvarın 3-də gecə Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.
 
Missiya.Az xəbər verir ki, baş nazirin müavini Əli Əhmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xətai rayon icra hakiminin vəzifələrini müvəqqəti icra edən Rafiq Quluyev, komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub, yaranmış problemin həlli üçün birlikdə müvafiq tədbirlər görüblər. 
 
Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. 17-si Füzuli, biri Laçın rayonundan olmaqla, 18 məcburi köçkün ailəsi artıq müvəqqəti mənzillərdə yerləşdirilib. Həmin ailələr dövlət tərəfindən mənzillə təmin edilənə qədər orada yaşayacaqlar.  
 
Hazırda FHN-in mütəxəssisləri tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq.
 
Xatırladaq ki, yanvarın 3-də Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı, ümumi sahəsi 1020 m² olan ikimərtəbəli, 11 otaq və klubdan ibarət yataqxana binasının (1933-cü ildə inşa olunub) dam örtüyünün (taxta atmalar) yanar konstruksiyaları 500 m² sahədə və klubun yanar konstruksiyaları 190 m² sahədə (ümumi 690 kv.m) yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1546518999_1546517671.dsc_0068.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1546518975_1546517671_dsc_0259.jpg
 
16 Mart 2019 Daha bir məscidə hücum olub – VİDEO
14 Mart 2019 Bakıda 7 tələbənin zəhərləndiyi dönərxanadan iyrənc görüntülər - VİDEO
13 Mart 2019 16 mart mitinqi ilə bağlı qərar verildi - RƏSMİ
12 Mart 2019 Azərbaycanın 2018-ci ildə aldığı silahlar
09 Mart 2019 Teleaparıcı Elçin Əlibəyli jurnalistikadan getdi
08 Mart 2019 Əhaliyə qaz və elektriklə bağlı ŞAD xəbər
05 Mart 2019 Bakıda bu şəxsiyyətlərə heykəl qoyulacaq
04 Mart 2019 Təcili tibbi yardım əməkdaşları bu videoya görə işdən çıxarıldı - VİDEO
01 Mart 2019 Kəmaləddin Heydərov ona yeni vəzifə verdi
28 Fevral 2019 Gültəkin Hacıbəylinin “Lexus” və "Toyota"sına həbs qoyuldu
27 Fevral 2019 Bakıda qadın özünü maşına çırpdı - VİDEO
27 Fevral 2019 Cəhənnəmi görmüş pilot” filmi ukraynalı tələbələrə nümayiş etdirilib – FOTOLAR
25 Fevral 2019 CBC TV "Turan" İA -nın yaydığı məlumatı təkzib edir: "Yalandır"
21 Fevral 2019 Gömrük Komitəsindən 6 min dollarlıq quzu əti ilə bağlı AÇIQLAMA
16 Fevral 2019 Vüqar Rəhimzadəyə ağır itki
15 Fevral 2019 Pensiya ilə bağlı qanuna dəyişiklik edilir
13 Fevral 2019 Jurnalistə mayor rütbəsi verildi
12 Fevral 2019 Metrodan istifadə edənlərə şad xəbər
11 Fevral 2019 DİQQƏT! Bakıda virus yayılıb - Qızdırma, halsızlıq...
07 Fevral 2019 Ağakərimin ayaqları tutuldu - Məşhur meyxanaçının vəziyyəti pisləşdi