b_550_325_16777215_00_images_xeber_sekilleri__14.12.2018_n79.jpg

“Mənzil İnşaatı Dövlət Agentliyinin vəsaiti hesabına inşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə ödənişin həyata keçirilməsinə yol verilən tikinti işlərinin mərhələləri və ödəniş şərtləri”nin təsdiq edilib.

Missiya.Az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

İnşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin tikinti mərhələləri:

1. relyefin təşkili planına uyğun olaraq, tikinti üçün ayrılmış ərazinin şaquli planlaşdırılması;

2. tikintinin təşkili layihəsinə uyğun olaraq, müvəqqəti bina və qurğuların tikintisi və obyektlər üzrə tikinti sahəsində torpaq işləri;

3. bünövrənin və yeraltı konstruksiyaların quraşdırılması;

4. bünövrənin və torpaqla təmasda olan yerlərin hidroizolyasiyası və torpağın  əks doldurulması;

5. hər mərtəbə üzrə konstruktiv elementlərin quraşdırılması;

6. mərtəbələr üzrə xarici, daxili, arakəsmə və şaxta divarlarının hörülməsi, habelə suvanması;

7. mərtəbələr üzrə pəncərə, vitraj və qapıların qoyulması;

8. daxili mühəndis-kommunikasiya təminatı sisteminin quraşdırılması və sınağı (ayrı-ayrılıqda qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları);

9. dam örtüklərinin qurulması və fasadda tamamlama işləri;

10. mərtəbələr üzrə döşəmələrin qurulması;

11. liftlərin quraşdırılması və işə buraxılması;

12. mərtəbələr üzrə daxili tamamlama-bəzək işləri;

13. xarici mühəndis-kommunikasiya təminatı sisteminin çəkilməsi və sınağı;

14. abadlıq və yaşıllaşdırma işləri.

İnşa edilən yaşayış binalarının və digər tikinti obyektlərinin podratçılarına tamamlanmış işlər üzrə tikinti mərhələlərinə uyğun ödəniş şərtləri (sahəxarici mühəndis-kommunikasiya təminatı sisteminin quraşdırılması işləri istisna olmaqla):

1. müqavilə şərtlərinə əsasən sifarişçi tərəfindən müqavilə qiymətinin 30 faizi qədər vəsait avans olaraq podratçı təşkilata ödənilir;

2. yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin təhvili və qəbulu üzrə F-2 formalı akt (1 nömrəli əlavə) tərtib olunur və həmin akt əsasında xərclərin və yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri haqqında F-3 formalı arayış (2 nömrəli əlavə) müvafiq qaydada rəsmiləşdirilir. F-3 formalı arayış xərclərin və yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyərinin ödənilməsi üçün əsas sənəd sayılır;

3. görülmüş tikinti işləri üzrə təqvim ayında ən azı bir dəfə F-2 formalı akt və F-3 formalı arayış əsasında ödəniş həyata keçirilir;

4. işlər mərhələlər üzrə podrat müqaviləsinin şərtlərinə zidd olaraq keyfiyyətsiz yerinə yetirildikdə, nöqsanlar aradan qaldırılanadək yerinə yetirilmiş tikinti-quraşdırma işləri sifarişçi tərəfindən qəbul edilmir;

5. tikinti obyektinin istismarına icazə verildikdən sonra podrat müqaviləsinin şərtlərinə uyğun olaraq, təminat müddətinin sonunda müqavilə qiymətinin qalıq hissəsi ödənilir.

Tikinti obyektlərinin sahəxarici mühəndis-kommunikasiya təminatı sisteminin quraşdırılması üçün podratçılara müvafiq olaraq quraşdırma işlərinin ilkin mərhələsində ən çoxu 20 faiz avans ödənildikdən sonra bu sənədin 2.2-2.5-ci bəndlərinə uyğun olaraq tamamlanmış və təhvil verilmiş işlərə görə qalıq vəsait ödənilir.

4. Obyektin tikintisi müddətində Azərbaycan Respublikasında inflyasiya dərəcəsində və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdə baş verə biləcək dəyişikliklərlə bağlı rəsmi məlumatlara əsasən kompensasiyanın ödənilməsi ilə əlaqədar olan məsələlərə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq podrat müqaviləsində əvvəlcədən nəzərdə tutulmuş şərtlər çərçivəsində baxılır.

19 İyun 2019 Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə
13 İyun 2019 Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin saytı yaradır
11 İyun 2019 Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
11 İyun 2019 Kirayə evlərlə bağlı prezident fərmanı: Dəyişikliklərin təfsilatı
11 İyun 2019 Xəzərdə tankerin partladığı yerdən görüntülər - VİDEO
06 İyun 2019 Yay fəslinin Azərbaycana gəlmə vaxtı açıqlandı
04 İyun 2019 BDU-da yeni təyinatlar: prorektor işdən çıxarıldı - SİYAHI
03 İyun 2019 Azərbaycan “Boeing 737” təyyarələrindən imtina etdi
29 May 2019 Danışır və göstərir BAKI – Məkirli planlar alt-üst oldu
29 May 2019 Prezident UEFA-nın nümayəndə heyətini qəbul etdi
29 May 2019 Bakının təhlükəsizliyi bu gün belə qorunacaq
28 May 2019 Mehriban Əliyeva xalqımızı təbrik etdi
24 May 2019 Heydər Əliyev Fondu yetim uşaqlara əyləncə təşkil edib - FOTO
23 May 2019 “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi sənədli filmin çəkilişlərini yekunlaşdırıb - FOTO
22 May 2019 “Diqlas”ı sökməyə []başladılar
22 May 2019 Bu avtomobillərin istismarı məhdudlaşdırılır
22 May 2019 Azərbaycan “Avroliqa”dan 50 milyon qazana bilər
20 May 2019 Özbaşınalıq edən rəis işdən qovuldu - Gömrükdən şikayətçiyə təşəkkür
20 May 2019 Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başladı
16 May 2019 Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı