b_550_325_16777215_00_images_xeber_sekilleri__14.12.2018_Bakcell-logo.jpg
Azərbaycanda ilk dəfə Bakcell abunəçiləri üçün "Elektron pul kisəsi xidməti" (E-Wallet) istifadəyə veriləcək.

Bakcell şirkətinin Şəki rayonunda jurnalistlər üçün təşkil etdiyi iki günlük "Mobil Telekommunikasiyaya Giriş"  adlı seminarı davam edir. 30-dan çox jurnalistin iştirak etdiyi seminarın mövzularından biri də "Mobil maliyyə xidmətləri" olub.

Missiya.Az xəbər verir ki, bu mövzuda  təqdimatı Bakcell şirkətinin əlavə dəyər xidmətləri üzrə şöbə müdiri Fərəh Allahverdiyeva edib. F. Abdullayeva bildirib ki, son illər mobil telefon istifadəçiləri mobil internetdən maliyə ilə bağlı məsələlərdə də istifadə edir. Şirkət təmsilçisi bildirib ki, Azərbaycanda ilk dəfə Bakcell abunəçiləri üçün "Elektron pul kisəsi xidməti" (E-Wallet) istifadəyə veriləcək:" Hər bir abunəçinin mobil nömrəsi həm də onun bank hesabına çevriləcək. Bu xidmət imkan verəcək ki, abunəçi hesabından müxtəlif ödənişlər etsin. Hazırda Bakcellin Elektron pul kisəsi xidməti üzərində hazırlıq işləri aparılır. Güman edirik ki, bu xidməti 2019-cu ilin aprel ayında abunəçilərin istifadəsinə veriləcək". F. Allahverdiyeva bildirib ki, abunəçilər Elektron pul kisəsi xidmətinə qoşulan abunəçi balansını istənilən şəkildə artıra biləcək:" Elektron pul kisəsi bank kartına çox oxşardır. Bank kartı ilə həyata keçirilə bilinəcək əməliyyatlar elektron kisə vasitəsilə edilə bilər. Bura hesabın istənilən valyutada saxlanılması, hesabın əməliyyat tarixçəsi, hesaba pul keçirilmə və çıxarılması, mobil telefon hesabının ödənişləri, müxtəlif TV, internet və sair daxildir". 

16 Mart 2019 Daha bir məscidə hücum olub – VİDEO
14 Mart 2019 Bakıda 7 tələbənin zəhərləndiyi dönərxanadan iyrənc görüntülər - VİDEO
13 Mart 2019 16 mart mitinqi ilə bağlı qərar verildi - RƏSMİ
12 Mart 2019 Azərbaycanın 2018-ci ildə aldığı silahlar
09 Mart 2019 Teleaparıcı Elçin Əlibəyli jurnalistikadan getdi
08 Mart 2019 Əhaliyə qaz və elektriklə bağlı ŞAD xəbər
05 Mart 2019 Bakıda bu şəxsiyyətlərə heykəl qoyulacaq
04 Mart 2019 Təcili tibbi yardım əməkdaşları bu videoya görə işdən çıxarıldı - VİDEO
01 Mart 2019 Kəmaləddin Heydərov ona yeni vəzifə verdi
28 Fevral 2019 Gültəkin Hacıbəylinin “Lexus” və "Toyota"sına həbs qoyuldu
27 Fevral 2019 Bakıda qadın özünü maşına çırpdı - VİDEO
27 Fevral 2019 Cəhənnəmi görmüş pilot” filmi ukraynalı tələbələrə nümayiş etdirilib – FOTOLAR
25 Fevral 2019 CBC TV "Turan" İA -nın yaydığı məlumatı təkzib edir: "Yalandır"
21 Fevral 2019 Gömrük Komitəsindən 6 min dollarlıq quzu əti ilə bağlı AÇIQLAMA
16 Fevral 2019 Vüqar Rəhimzadəyə ağır itki
15 Fevral 2019 Pensiya ilə bağlı qanuna dəyişiklik edilir
13 Fevral 2019 Jurnalistə mayor rütbəsi verildi
12 Fevral 2019 Metrodan istifadə edənlərə şad xəbər
11 Fevral 2019 DİQQƏT! Bakıda virus yayılıb - Qızdırma, halsızlıq...
07 Fevral 2019 Ağakərimin ayaqları tutuldu - Məşhur meyxanaçının vəziyyəti pisləşdi