b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_cvdgfgfgf.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinanın paytaxtı Buenos Ayresdə təşkil edilən G20 liderlər zirvəsində 50 dəqiqəlik mətbuat konfransı keçirib.

Missiya.Az xəbər verir ki, Türkiyə lideri jurnalistlərin Münbiç və İdlibəki son hərbi vəziyyət, BRİCS, valyuta bazarlarındakı rahatlama, Fransadakı hadisələr və Rusiyadan alınacaq S-400 müdafiə sisteminə dair suallarını cavablandırıb.

İdlibdə Rusiya ilə əməkdaşlıq

-Vladimir Putinlə görüşdünüz. O, açıqlamasında İdlib mövzusunda Türkiyə ilə birlikdə narahatlıqları olduğunu bildirdi. Bu narahatlıq nədən ibarətdir?

- Putinin nə dediyini bilmirəm, amma bu ana qədər bizim hərbi qüvvələrimizlə birgə İdlibdə üzərinə düşən vəzifələri yerinə yetirdi. Aidiyyəti qurumlarımız daim əlaqədədirlər. İdlibdə ciddi mənada Rusiya ilə hər hansə sıxıntımız yoxdur.

S-400 müdafiə sistemi

- Müdafiə sisteminin milli valyuta ilə alınacağını Putinlə birgə söylədiniz. Dollardan imtina etmək mövzusunda G20-yə daxil olan digər ölkələr arasından müttəfiq tapa bilərikmi?

- Yeni müttəfiqlər ola bilər. Danışdığımız hər lider bunu qəbul edir, amma hərəkətə keçmir. Hətta bəziləri Mərkəzi bankımızla görüşür. Ancaq proses sürətli şəkildə getmir. Bu mövzuda ən həssas olan liderlərdən biri cənab Putindir. Onun da gündəmində yerli və milli valyuta ilə bazarlıq etmək yer alır. Eyni şeyi Çin və İranla da həyata keçirmək istəyirik.

Münbiç məsələsi: Pompeo Trampın yanında “elə olmaz, belə olar” deyə bilmir

- “Suriyadakı siyasi böhranın həllinin ən böyük maneəsi YPD terror təşkilatıdır” demisiniz. ABŞ prezidenti Donald Tramp ilə Münbiç məsələsini müzakirə etdiyinizi bilirik. Həmin müzakirənin detallarını bölüşə bilərsiniz?

- Danışdıq. Suriyanı onlardan təmizləmək nöqtəsində razılaşma var. Xarici işər nazirlərimiz 90 günlük yol xəritəsini müzakirə etmək üçün bu gün orada qarşılıqlı müzakirədə idilər. Bu prosesi sürətləndirib Münbiçi YPG/PYD-dən təmizləmək barəsində qətiyyətimizi davam etdirəcəyik. Tramp bu işlərdə daha dik durur. Onun yanında Pompeo “elə olmaz, belə olar” deyə bilmir.

-Fransada “Sarı jiletlilər” aksiyaları Avropanı cənginə alıb. Türkiyədə “Gezi parkı” olaylarını xatırlatdığı üçün…

- Gezi olaylarının arxasında kimlərin olduğunu açıqladım. İşin xarici ayağı Soros, daxili ayağı Osman Kavala idi. Kavalanı maliyyələşdirənlər bəllidir. Almaniyaya gedirəm, Merkel və Şteynmeyer məndən Kavalanı soruşur. Özlərinə anlatdım. “Niyə bu adamı bu qədər sevirsiniz, buna hüququnuz haradan gəlir” deyə soruşdum…

- Merkel və Makron Avropa İttifaqı ordusunun yaradılması məsələsini önə çıxardı. Rusiya dərhal dəstək verdi. ABŞ isə çox da isti yanaşmır. Türkiyə üçün NATO ilə Aİ ordusu arasında seçim müzakirə mövzusu ola bilərmi?

- Bu sualları cavablamaq üçün tezdir. Hazırda NATO-dayıq. Onlar da NATO-dadırlar.

18 Dekabr 2018 Qənirə Paşayeva iclasa qolu sarıqlı vəziyyətdə gəldi
15 Dekabr 2018 İşıq borcu olanlara şad xəbər
14 Dekabr 2018 Ramil Usubov işdən çıxardığı rəisə vəzifə verdi
14 Dekabr 2018 Bakı Limanı köçürülür
14 Dekabr 2018 Novruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdi
13 Dekabr 2018 İlham Əliyev Ərdoğana başsağlığı verdi
12 Dekabr 2018 Avropanı üsyan dalğası bürüyür : İndi də “Qırmızı Jiletlilər” ortaya çıxdı
11 Dekabr 2018 Həbib Nurməhəmmədovu Azərbaycana dəvət ediblər
08 Dekabr 2018 Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ
07 Dekabr 2018 Azərbaycanda quş qripi XƏBƏRDARLIĞI
06 Dekabr 2018 Saçı qırxılan gəli̇ni̇n anası: Qızımı belə görəndə şok keçirdim - VİDEO
06 Dekabr 2018 Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq
04 Dekabr 2018 Bürclər dekabr ayında nə vəd verir? - PROQNOZ
03 Dekabr 2018 Polislər qan verdi - Talassemiyalı və hemofiliyalı xəstələr üçün
01 Dekabr 2018 Azərbaycana qanunsuz keçirilən külli miqdarda dərman aşkarlanıb - VİDEO
29 Noyabr 2018 FHN-dən Tərtərdəki partlayışla bağlı - Açıqlama
28 Noyabr 2018 DİM sədri: İşimizlə əlaqədar şikayətlər alırıq
28 Noyabr 2018 Aktyorla davası olan məktəb direktoru ilə bağlı sensasiya - VİDEO
28 Noyabr 2018 Bahar Muradova: Təhsilin inkişafını öz üzərinə götürmək dövlətin borcudur
28 Noyabr 2018 Sellofan torbaların istifadəsi tam qadağan olunur - RƏSMİ