b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_n7.jpg

Qərb Ərazi Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Missiya.Az-a verilən xəbərə görə, daxil olan məlumat əsasında Türkiyədən “Mersedes Benz 2528” markalı, 01 CB 168/01 ZA 568 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla ölkə ərazisinə dərman preparatlarının gətiriləcəyi, Qazax rayonu ərazisində digər nəqliyyat vasitələrinə boşaldılaraq realizə ediləcəyi müəyyən edilib.

Əməliyyat qrupu tərəfindən həmin nəqliyyat vasitəsi nəzarətə götürülüb və “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olduqdan sonra Qazax rayonunun Çaylı kəndi ərazisində yerləşən dayanacaqda bir qrup şəxs tərəfindən gözlənildiyi, eyni zamanda dərman preparatlarının daşınması üçün əvvəlcədən “DAF TE47MS” markalı, 90 DF 262/99 ZA 866 dövlət nömrə nişanlı avtomobilin əraziyə gətirildiyi, bundan başqa ərazidə “Opel-Zafira” markalı, 99 LV 826 dövlət nömrə nişanlı və “QAZ-3302” markalı, 85 BE 759 dövlət nömrəli nişanlı nəqliyyat vasitələrinin dayandığı müəyyən edilib.

Tükiyə Respublikasından gələn “Mersedes Benz 2528” markalı nəqliyyat vasitəsindəki dərman preparatlarının “DAF TE47MS” markalı nəqliyyat vasitəsinə boşaldılması zamanı əməliyyat qrupu prosesə müdaxilə edib və ərazidəki şübhəli bilinən və yuxarıda qeyd edilən nəqliyyat vasitələri saxlanılaraq Tovuz Gömrük Postunun inzibati binasının həyətinə gətirilib. Gömrük baxışı zamanı “Mersedes Benz 2528” markalı nəqliyyat vasitəsinin yük yerindəki qutular boşaldılıb və həmin qutularda mal müşayiət sənədlərində göstərilməyən 419 adda, ümumi sayı 883 min 988 qutu dərman preparatları və mal müşayiət sənədlərində göstərilən 5 adda, ümumilikdə 537 qutu tibbi ləvazimat aşkar edilib.

Eyni zamanda “DAF TE47MS” və “QAZ-3302” markalı avtomobillərə keçirilən gömrük baxışı zamanı isə dərman qutularının yerinə qoyulması məqsədilə gətirilən və 72 qutuda qablaşdırılan 3adda, ümumilikdə 20 800 ədəd tibbi ləvazimat aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



21 Fevral 2019 Gömrük Komitəsindən 6 min dollarlıq quzu əti ilə bağlı AÇIQLAMA
16 Fevral 2019 Vüqar Rəhimzadəyə ağır itki
15 Fevral 2019 Pensiya ilə bağlı qanuna dəyişiklik edilir
13 Fevral 2019 Jurnalistə mayor rütbəsi verildi
12 Fevral 2019 Metrodan istifadə edənlərə şad xəbər
11 Fevral 2019 DİQQƏT! Bakıda virus yayılıb - Qızdırma, halsızlıq...
07 Fevral 2019 Ağakərimin ayaqları tutuldu - Məşhur meyxanaçının vəziyyəti pisləşdi
06 Fevral 2019 Kəmaləddin Heydərov zəlzələ baş verən əraziyə gedib
05 Fevral 2019 Aras Bulut İynemli “Çukur”dan ayrılır
01 Fevral 2019 Babək prospektində maşın çuxura düşüb
31 Yanvar 2019 Tezliklə Bakı Metropolitenində Bu Yenilikləri Görəcəksiniz – FOTOLAR
30 Yanvar 2019 Kreml: Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur
29 Yanvar 2019 Azərbaycanlı biznesmenin övladlarının meyitləri tapıldı
29 Yanvar 2019 119 dövlət əmlakı hərraca çıxarıldı
24 Yanvar 2019 Rəsmi Bakı Gürcüstana etiraz etdi
24 Yanvar 2019 Həyat yoldaşı Arif Alışanovla boşandı
24 Yanvar 2019 “Maşın” şounun qalibi: “Nə qədər çox pul versələr də, bunu eləmərəm”
23 Yanvar 2019 Nərmin Şahmarzadənin məhkəməsində dava düşüb - Qazilərin etirazı - VİDEO
23 Yanvar 2019 Araz Musayev Nərminin xeyrinə qərar verən hakimdən şikayət etdi
22 Yanvar 2019 Prezident və xanımından Zabit Səmədova jest - FOTO