b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_1-115272496221.jpg

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclası keçirilib.

Bu barədə Missiya.Az-a Nazirlikdən məlumat verilib.

Komissiyanın sədri, Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəhid ailələrinə yüksək qayğısının növbəti təzahürü olan 2018-ci il 19 aprel tarixli fərmanın icrası olaraq şəhid hərbi quluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə təşkil olunması üçün ötən dövrdə müvafiq işlərin görülməsi təmin olunub. Nazir qeyd edib ki, bu istiqamətdə mühüm addım kimi birdəfəlik ödəmənin çevik, şəffaf, sənədlərin “bir pəncərə” əsasında və sadə prosedurla qəbulunu və s. nəzərdə tutan Qaydalar hazırlanaraq təsdiq edilib. Şəffaflıq üçün vacib məqamlardan biri kimi, ödənişi həyata keçirəcək orqanla bu ödəməni alacaq vətəndaş arasında təmas sıfıra endirilib.

S.Babayev qeyd edib ki, şəhid hərbi qulluqçuların vərəsələri Nazirliyin saytında cari ilin 9 oktyabr tarixindən fəaliyyətə başlayan “Birdəfəlik ödəmə” bölməsində hərbi qulluqçunun soyadını, adını və atasının adını daxil etməklə, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlayırlar. Bu bölmə vasitəsilə şəhid hərbi qulluqçulardan bu günədək artıq 96 faizinin vərəsələri birdəfəlik ödəməni almaq hüquqlarının olduğunu öyrənib və notariat kontorlarında onlardan sənədlər qəbul olunur. Qəbul olunmuş sənədlər elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir.

İclasda birdəfəlik ödəmənin verilməsi ilə bağlı notariat kontorları tərəfindən vərəsələrdən qəbul olunmuş və Nazirliyə təqdim edilmiş sənədlərin müvafiq işçi qrupu tərəfindən təhlil olunduğu, hər hansısa sənədlərdə çatışmazlıq olduqda onların aradan qaldırılması üçün notariat kontorları ilə birgə işlərin aparıldığı qeyd olunub.

İlkin mərhələ kimi vərəsələrdən 114 şəhid hərbi qulluqçu üzrə 144 nəfər vərəsənin sənədlərinin qaydasında olduğu nəzərə alınmaqla, onlara birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub. Onlara birdəfəlik ödəmənin edilməsi üçün Maliyyə Nazirliyinə müraciət olunub. Qısa zamanda 144 vərəsənin bank hesablarına vəsaitin (11 min manat) köçürülməsi təmin ediləcək.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində digər vərəsələr üzrə də notariat kontorları tərəfindən göndərilmiş sənədlərin araşdırılması və təhlili işləri davam etdirir.

19 Aprel 2019 Qaz və işıq problemləri olanlara ŞAD XƏBƏR
19 Aprel 2019 Sükan arxasında infarkt keçirən sürücü qırmızı işıqda keçdi - VİDEO
16 Aprel 2019 Rəşad İlyasovun AzTV-dəki verilişi bağlandı - VİDEO
14 Aprel 2019 İmişlidə dəhşət: Qadını öldürüb, meyitini torbaya qoyub Araza atdılar
13 Aprel 2019 Ramil Usubovdan növbəti təyinat
12 Aprel 2019 “Papanin” körpüsündə ağır qəza - VİDEO
10 Aprel 2019 Nazirlik Elinanın intiharı ilə bağlı iclas keçirdi
08 Aprel 2019 Rüfət vəzifəsindən də qovuldu
08 Aprel 2019 Azərbaycanda bu tərəvəzin idxal rüsumu ləğv edildi
05 Aprel 2019 Ali Məhkəmə sədri əmr imzaladı: komissiya yaradıldı
04 Aprel 2019 Prezidentin Türkiyəyə müalicəyə göndərdiyi vətəndaş Vətənə qayıtdı - FOTO
03 Aprel 2019 Bakı-Tbilisi-Qars qatarında 246 sərnişin yeri olacaq
01 Aprel 2019 Hacı Surxaydan sosial şəbəkələrdə yayılan videoya - Münasibət
27 Mart 2019 Ramazan ayı nə vaxt başlayır?
23 Mart 2019 Aydın Xırdalanlı dünyasını dəyişdi
22 Mart 2019 Həbsdən çıxan Kamil Zeynallı danışdı - FOTO
20 Mart 2019 Yeni prezident Astananı Nursultan adlandırmağı təklif etdi
16 Mart 2019 Daha bir məscidə hücum olub – VİDEO
14 Mart 2019 Bakıda 7 tələbənin zəhərləndiyi dönərxanadan iyrənc görüntülər - VİDEO
13 Mart 2019 16 mart mitinqi ilə bağlı qərar verildi - RƏSMİ