b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_n30.jpg

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 18-də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib.

Missiya.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi haqqında məlumat verib.

Bildirilib ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.

Sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat, Turizm Sənaye və Ticarət”, “Özgün Yapı Sənaye və Ticarət” və “Polad Yol Yapı Sənaye və Ticarət” şirkətləri, texniki nəzarətçisi isə İtaliyanın “IRD Engineering”, Almaniyanın “Kocks Consult GmbH”, ABŞ-ın “TERA International Group” və Yaponiyanın “NİPPON KOEL UK Co” şirkətləridir.

Qeyd edilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun 31 kilometrlik Ələt-Yenikənd hissəsi 2006-2009-cu illərdə inşa edilib. Yolun 23,4 kilometrlik Yenikənd-Salyan hissəsinin, həmçinin Kür çayı üzərində 363 metrlik körpünün və 1,2 kilometrlik yanaşma yollarının tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib.

Yeni magistral yolun 54,4 kilometrlik Cəlilabad-Masallı-Lənkəran hissəsinin tikintisi 2017-ci ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə təqdimatı keçirilsə də istismara verilməmişdi.

Məlumat verilib ki, yolun 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad və 39,2 kilometrlik Lənkəran-Astara hissələrində isə tikinti işləri cari ildə yekunlaşdırılıb. Bu hissələrin açılışı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun daha 150 kilometrlik hissəsi istismara verildi. Bununla da Ələtdən Astarayadək 204 kilometrlik məsafədə tam yeni və müasir yolun inşası başa çatdırılıb.

Avtomobil yolunun 2011-2018-ci illərdə yeni istiqamət üzrə tikilən ümumi uzunluğu 173 kilometr olan Yenikənd-Astara hissəsində layihə üzrə bir sıra işlər həyata keçirilib. Layihənin Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol bataqlıq-göl ərazilərdən keçdiyi üçün burada torpaq xüsusi texnologiya ilə bərkidilib və yol yatağının tikintisi zamanı 1,2 milyon ton qaya-daş dolğusundan istifadə olunub.

Ümumilikdə, magistral yol boyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol cizgi xətləri çəkilib.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun digər avtomobil yolları və maneələrlə kəsişməsində müxtəlif səviyyəli yol qovşaqlarının tikilməsi, birləşən və ayrılan yolların sayının azaldılması yolda təhlükəsizliyin təmin edilməsinə maksimum şərait yaradıb. Magistral yol Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.

Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_n31.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_n32.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_n33.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_n34.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_n35.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_n36.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_n37.jpg

20 May 2019 Özbaşınalıq edən rəis işdən qovuldu - Gömrükdən şikayətçiyə təşəkkür
16 May 2019 Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
15 May 2019 Azərbaycanda itkin sayılırdı, diasporun köməyi ilə Ukraynada tapıldı
10 May 2019 Bakıda kanalizasiya lyukuna ilişib dağılan bolid təmir olundu
08 May 2019 Məhkəmə Rüfət Axundov və Rəşad İlyasovla bağlı qərar verdi
06 May 2019 Fədayə Laçın məhkəmədə son söz deyəcək
06 May 2019 Təyyarə qəzası ilə bağlı matəm elan edildi – VİDEO
04 May 2019 Gəncə təcridxanasının nəzarətçisi niyə güllələndi?
03 May 2019 AQTA sədri: Dələduzların işinə Baş Prokurorluq hüquqi qiymət verəcək
02 May 2019 Şuranın dəstəyi ilə sağlam həyat tərzi təşviq olunacaq – Layihə
30 Aprel 2019 Heydər Əliyev Fondu mayın 10-dək bölgələrdə konsertlər təşkil edəcək
26 Aprel 2019 İtkin düşmüş şəhidimizin məzarı 26 ildən sonra tapıldı - VİDEO
26 Aprel 2019 “10 min dollardan artıq kreditlərə güzəşt edilməyəcək” - Elman Rüstəmov
25 Aprel 2019 Bakıda müəllim şagirdi döydü - FOTO
25 Aprel 2019 Qar uçqununa düşən hərbçi dəfn olunur - FOTO
20 Aprel 2019 Azərbaycanda əhali arasında piylənmə artır – Acınacaqlı proqnozlar
19 Aprel 2019 Qaz və işıq problemləri olanlara ŞAD XƏBƏR
19 Aprel 2019 Sükan arxasında infarkt keçirən sürücü qırmızı işıqda keçdi - VİDEO
16 Aprel 2019 Rəşad İlyasovun AzTV-dəki verilişi bağlandı - VİDEO
14 Aprel 2019 İmişlidə dəhşət: Qadını öldürüb, meyitini torbaya qoyub Araza atdılar