b_550_325_16777215_00_images_xeber_sekilleri_17sentyabr2018_1537165427_1537163977_untitled-1.jpg
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin oğlu Heydər Əliyevin həqiqi hərbi xidmətə getməsi məmurlara və onların övladlarına daha sadə həyat tərzi keçirmələri üçün növbəti nümunəvi addım oldu. 
 
ADA Universitetinin bakalavriat pilləsini bitirən 1997-ci il təvəllüdlü Heydər Əliyev dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Bakıdakı "N” saylı hərbi hissəsində hərbi and içib.
 
Missiya.Az xəbər verir ki, modern.az saytına məlum olub ki, dövlət orqanlarında ən yüksək postlardan birini tutan general-polkovnik Elçin Quliyev də övladını orduya göndərməklə nümunə göstərib. 
 
General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisidir.
 
Belə ki, general Elçin Quliyevin oğlu Məhəmməd Quliyev ölkə başçısının 2018-ci il iyulun 1-dən 30-dək müddəti əhatə edən həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncamına uyğun olaraq orduya çağırılıb. O, Dövlət Sərhəd Xidmətinin ölkənin cənub zonasında yerləşən "N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Məhəmməd Quliyev bu yaxınlarda hərbi and içib və onun andiçmə mərasimində  general-polkovnik Elçin Quliyevin özü də şəxsən iştirak edib.
 
Qeyd edək ki, 1997-ci il təvəllüdlü Məhəmməd Quliyev 2003-2014-cü illərdə Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksində orta təhsil alıb. 2014-cü ildə ali məktəblərə qəbul imtahanlarında 519 bal toplayaraq, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 2018-ci ildə universitetin bakalavriat pilləsini başa vuran Məhhəməd Quliyev bu yaxınlarda hərbi xidmətə gedib. 
 
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin 4 övladı var. 
21 Fevral 2019 Gömrük Komitəsindən 6 min dollarlıq quzu əti ilə bağlı AÇIQLAMA
16 Fevral 2019 Vüqar Rəhimzadəyə ağır itki
15 Fevral 2019 Pensiya ilə bağlı qanuna dəyişiklik edilir
13 Fevral 2019 Jurnalistə mayor rütbəsi verildi
12 Fevral 2019 Metrodan istifadə edənlərə şad xəbər
11 Fevral 2019 DİQQƏT! Bakıda virus yayılıb - Qızdırma, halsızlıq...
07 Fevral 2019 Ağakərimin ayaqları tutuldu - Məşhur meyxanaçının vəziyyəti pisləşdi
06 Fevral 2019 Kəmaləddin Heydərov zəlzələ baş verən əraziyə gedib
05 Fevral 2019 Aras Bulut İynemli “Çukur”dan ayrılır
01 Fevral 2019 Babək prospektində maşın çuxura düşüb
31 Yanvar 2019 Tezliklə Bakı Metropolitenində Bu Yenilikləri Görəcəksiniz – FOTOLAR
30 Yanvar 2019 Kreml: Rusiya və Ukrayna arasında heç bir müharibə yoxdur
29 Yanvar 2019 Azərbaycanlı biznesmenin övladlarının meyitləri tapıldı
29 Yanvar 2019 119 dövlət əmlakı hərraca çıxarıldı
24 Yanvar 2019 Rəsmi Bakı Gürcüstana etiraz etdi
24 Yanvar 2019 Həyat yoldaşı Arif Alışanovla boşandı
24 Yanvar 2019 “Maşın” şounun qalibi: “Nə qədər çox pul versələr də, bunu eləmərəm”
23 Yanvar 2019 Nərmin Şahmarzadənin məhkəməsində dava düşüb - Qazilərin etirazı - VİDEO
23 Yanvar 2019 Araz Musayev Nərminin xeyrinə qərar verən hakimdən şikayət etdi
22 Yanvar 2019 Prezident və xanımından Zabit Səmədova jest - FOTO