b_550_325_16777215_00_images_xeber_sekilleri_13sentyabr2018_n10.jpg
Bolqarcay üzərində yaradılmış su anbarında son 6-7 il ərzində su yığmaq mümkün olmayıb və hazırda su anbarı öz funksiyasını itirib.

Missiya.Az xəbər verir ki, bu barədə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu məlumat yayıb.
 
Bildirilib ki, Salyan düzündə Xəzərsahili ərazilərin landşaftlarının dinamikası göstərir ki, son 3-4 il ərzində Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşüb. Qeyd olunan müddətdə Salyan düzünün dəniz sahili ərazilərində relyef xüsusiyyətlərindən asılı olaraq, dəniz Züd-Ost Kultuk körfəzi sahillərində 1200-1500, bəzi sahillərdə isə 200-300 m-ə qədər geri çəkilib və nəticədə, geniş ərazi kontinental rejimə keçib.
 
Dənizin geri çəkilməsi ilə yeni yaranan landşaftların evolyusiyası, struktur-dinamiki xüsusiyyətləri öyrənilib və 1:25000 miqyaslı xəritə tərtib edilib. Məlum olub ki, dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib.
 
Dənizin geri çəkilməsi ilə qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsiri zəifləyib. Xəzər dənizinin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək və sosial-iqtisadi sahələrdə ciddi fəsadlara səbəb olacaq.
 
Kür-Araz ovalığında landşaftların struktur-ərazi dinamikasında suvarma sistemlərinin və su anbarlarının rolu böyükdür. Son zamanlar iqlimdə baş verən dəyişmələrə ən tez reaksiya verən kiçik çayların quruması hövzə landşaftlarında səhralaşma meylini gücləndirib. Məsələn: Bolqarcay üzərində yaradılmış su anbarında son 6-7 il ərzində su yığmaq mümkün olmayıb və hazırda su anbarı öz funksiyasını itirib.
 
Kür dağarası çökəkliyində bəzi qurumuş göl və bataqlıq sahələrinin su rejimi kollektorlar hesabına bərpa edilir. Bu isə yolverilməzdir. Çünki kollektorların suyu kimyəvi cəhətdən təsərrüfat üçün yararsızdır.
 
Quraqlığa qarşı bu cür mübarizə gələcəkdə Kür-Araz ovalığında şoranlıqların və bataqlaşma sahələrinin artmasına və son nəticədə, səhralaşmış yararsız torpaqların genişlənməsinə səbəb olacaq.
 
Qarabağ düzünün unikal landşaftlarından olan Sultanbud saqqız ağacı meşələri acınacaqlı vəziyyətə düşüb.
12 Oktyabr 2018 Sabaha olan HAVA proqnozu açıqlandı
11 Oktyabr 2018 Arda Turan daha üç qadına sataşıb - Şok yazışma - FOTOLAR
10 Oktyabr 2018 Nurməhəmmədov Putinlə görüşəcək
10 Oktyabr 2018 İcra başçısının yaxın adamı həbs edildi
09 Oktyabr 2018 Ramil Usubovdan yeni təyinat
09 Oktyabr 2018 Azərbaycanın ilk "ağıllı robot"u yaradıldı
08 Oktyabr 2018 Həbib tərəfindən döyülən məşqçi erməni imiş - VİDEO
08 Oktyabr 2018 Yoxa çıxan İnterpol prezidentindən xəbər var
05 Oktyabr 2018 Bir qutu "Coca- Cola"nın bədəndəki "səyahəti" - Necə zəhərlənirik?
03 Oktyabr 2018 Müəllimlər günündə pul yığılması ilə bağlı Təhsil İdarəsindən AÇIQLAMA
03 Oktyabr 2018 Bağçada uşaqları döyən tərbiyəçi ilə bağlı qərar verildi - VİDEO
02 Oktyabr 2018 Bakıdakı dəhşətli avtobus qəzasında ölənlərin sayı ARTDI
01 Oktyabr 2018 Ziyafət Əsgərov deputatlara xəbərdarlıq etdi
01 Oktyabr 2018 Yol polisindən sürücülərə XƏBƏRDARLIQ: 1 ay vaxt qaldı
28 Sentyabr 2018 Şənbə günü hava necə olacaq?
27 Sentyabr 2018 Kardiologiya İnstitutunun direktoru işdən çıxarıldı
27 Sentyabr 2018 Azərbaycanda üzən günəş elektrik stansiyası tikilir
25 Sentyabr 2018 General: Gömrükdə “şirinlik” məsələsi tam yığışdırılmayıb
24 Sentyabr 2018 Azərbaycanda bu universitet fəaliyyətini dayandırır - Tələbələri köçürülüb
24 Sentyabr 2018 Siqareti yerə atanlar 50 manat cərimələnəcəklər