b_550_325_16777215_00_images_xeber_sekilleri_03sentyabr2018_101n.jpg

Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı aparatının Şəhər Təsərrüfatı Şöbəsinin tabeliyində olan İdarə və Müəssisə rəhbərləri ilə görüşüb. Gəncə şəhər İcra Hakimiyyəti başçısına şəhərin qaz, işıq, su təminatı, gecə işıqlanması, qazanxanaların fəaliyyəti, qəbirstanlıqlardakı vəziyyət və digər məsələlərlə bağlı məlumat verilib.

Missiya.Az xəbər verir ki, görüş zamanı şəhər küçələrinin gecə işıqlandırılmasının lazımi səviyyədə olmadığı, Gəncə şəhər Yaşıllaşdırma İdarəsi və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin fəaliyyətində nöqsanların mövcudluğu, texnika çatışmazlığı kimi məsələlər diqqətə çatdırılıb. Həmçinin qışa hazırlıqla bağlı məlumat verilib ki, ‘Azəristilik’ ASC-nin nəzdində olan 32 qazanxanadan 20-nin təmir edildiyi vurğulanıb.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov səsləndirilən məsələlərlə bağlı göstərişlər verib.

Gəncə şəhər Dövlət Dəmiryol İdarəsinin balansında olan binaların Gəncə Şəhər İcra Hakimiyyətinin balansına köçürülməsi, habelə 1 nömrəli Şəhər Qəbirstanlığı və ‘Səbsikar’ məzarlığına nəzarətin Nizami və Kəpəz rayon Bələdiyyələrinə verilməsi üçün müvafiq komissiyanın yaradılması tapşırılıb.

Həmçinin Gəncənin Nizami prospektində, şəhər Avtovağzalının (Yevlax istiqaməti) qarşısındakı yolda olan dəmir arakəsmələrin götürülməsi, avtomobillərin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə ərazidə işıqforların quraşdırılması üçün müvafiq göstərişlər verilib.

Əhalinin su və təbii qazla təminatı zamanı yaranan problemlərin də aradan qaldırılması ilə tapşırıqlar verilib. Təbii qazın verilişində yaranan fasilələrin əhaliyə maddi ziyan vurduğu qeyd edilib. Gəncə şəhər Qaz İstismar Sahəsinə Gəncə Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan qazın əsassız kəsilməsi qadağan edilib.

Sonda Şəhər Təsərrüfatı Şöbəsinin tabeliyində olan kommunal xidmət sahələrinə işlərində daha məsuliyyətli olmaları, əhalinin şikayətlərinin həlli edilməsi istiqamətində operativ çalışmaları tapşırılıb.

20 May 2019 Özbaşınalıq edən rəis işdən qovuldu - Gömrükdən şikayətçiyə təşəkkür
16 May 2019 Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
15 May 2019 Azərbaycanda itkin sayılırdı, diasporun köməyi ilə Ukraynada tapıldı
10 May 2019 Bakıda kanalizasiya lyukuna ilişib dağılan bolid təmir olundu
08 May 2019 Məhkəmə Rüfət Axundov və Rəşad İlyasovla bağlı qərar verdi
06 May 2019 Fədayə Laçın məhkəmədə son söz deyəcək
06 May 2019 Təyyarə qəzası ilə bağlı matəm elan edildi – VİDEO
04 May 2019 Gəncə təcridxanasının nəzarətçisi niyə güllələndi?
03 May 2019 AQTA sədri: Dələduzların işinə Baş Prokurorluq hüquqi qiymət verəcək
02 May 2019 Şuranın dəstəyi ilə sağlam həyat tərzi təşviq olunacaq – Layihə
30 Aprel 2019 Heydər Əliyev Fondu mayın 10-dək bölgələrdə konsertlər təşkil edəcək
26 Aprel 2019 İtkin düşmüş şəhidimizin məzarı 26 ildən sonra tapıldı - VİDEO
26 Aprel 2019 “10 min dollardan artıq kreditlərə güzəşt edilməyəcək” - Elman Rüstəmov
25 Aprel 2019 Bakıda müəllim şagirdi döydü - FOTO
25 Aprel 2019 Qar uçqununa düşən hərbçi dəfn olunur - FOTO
20 Aprel 2019 Azərbaycanda əhali arasında piylənmə artır – Acınacaqlı proqnozlar
19 Aprel 2019 Qaz və işıq problemləri olanlara ŞAD XƏBƏR
19 Aprel 2019 Sükan arxasında infarkt keçirən sürücü qırmızı işıqda keçdi - VİDEO
16 Aprel 2019 Rəşad İlyasovun AzTV-dəki verilişi bağlandı - VİDEO
14 Aprel 2019 İmişlidə dəhşət: Qadını öldürüb, meyitini torbaya qoyub Araza atdılar