b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_imtahan6a7566-2_96_700x390.jpg

Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

DİM-dən Missiya.Az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahan nəticələri DİM-in saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sənəd vermiş 36559 abituriyentdən 630 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

25 May 2018 Tələbə olmaq istəyənrə şad xəbər
24 May 2018 Zöhrə Abdullayevanın oğlu vəfat etdi - SON DƏQİQƏ
24 May 2018 Bakıda 2010 obyekt söküləcək
24 May 2018 Xərçəng epidemiyasının əsas səbəbi açıqlandı
23 May 2018 Gədəbəyi su basdı - VİDEO
22 May 2018 Tanınmış azərbaycanlı müğənni həbs edilə bilər
21 May 2018 İqtisadiyyat Nazirliyində YENİ TƏYİNAT
21 May 2018 Azərbaycanlı icra başçısı işə avtobusla gedir - FOTO
18 May 2018 QMİ imsakın vaxtı ilə bağlı bəyanat yayıb
18 May 2018 Uşaqların 1 yaşından bağçaya verilməsi rəsmiləşdi
18 May 2018 Azərbaycanda azyaşlı uşaqlar xəstəxanalıq oldu - Vəziyyətləri ağırdır
18 May 2018 Bakının mərkəzində qorxulu anlar – Foto
17 May 2018 Bu siqaretdən çəkməyin! Ağzınızda partlaya bilər - FOTO
17 May 2018 Alpinistin ağır xəstə olan atası dəfnə aparıldı – SON DƏQİQƏ
15 May 2018 Ramazan ayının təqvimi açıqlandı - CƏDVƏL
15 May 2018 Allahşükür Paşazadə: "Axund və imamlar cəzalandırılacaq"
15 May 2018 Azərbaycanda general vəfat etdi
14 May 2018 İcra başçısı türkiyəli müğənniyə torpaq hədiyyə etdi
12 May 2018 Gənclər nazirliyində 108 min manatlıq pozuntu
11 May 2018 İTV-nin yeni baş direktoru kimdir? - DOSYE