b_550_325_16777215_00_images_xeber_sekilleri_12aprel2018_2059.jpg

Qubanın Xınalıq qəsəbəsi ərazisinə yağan güclü qar itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarını yenidən çətinləşdirib.

Axtarışlarda iştirak edən alpinistlər açıqlamasında bildiriblər ki, axtarışların çətinləşməsinə səbəb əraziyə yenidən qar yağmasıdır: "Aprelin 15-də Xınalığa 40 santimetr qar yağıb. Bu da alpinistlərin axtarışlarını bir az da çətinləşdirib. Amma buna baxmayaraq, axtarışlar davam etdirilir. Axtarışlara könüllülər yenidən qoşulublar. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, könüllülər axtarışları davam etdirir".

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

21 Avqust 2018 Taksi dayanacaqları ləğv ediləcək
20 Avqust 2018 Bakıda ana ilə oğlu eyni vaxtda tələbə oldu
18 Avqust 2018 Türkiyədə 34 avtomobil toqquşdu - Ölən var - FOTO
18 Avqust 2018 Salyanda zəlzələ baş berdi
18 Avqust 2018 Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq
17 Avqust 2018 Bulvarın bu hissəsinə giriş 1 manatdır - Səbəb
17 Avqust 2018 “Baku bus”-da insident - Yaşlı qadın xəsarət aldı – Foto
16 Avqust 2018 Bakıda restoranda vəhşi quşlar saxlayan cərimələndi - FOTO
15 Avqust 2018 Ali məktəbə qəbulun nəticələri açıqlandı
15 Avqust 2018 Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb – RƏSMİ
15 Avqust 2018 Hacıqabulda alman uşağı zəhərləndi – Almaniyadan təyyarə göndərildi
15 Avqust 2018 Bakıda Türkiyəyə dəstək aksiyası - Dollara od vurdular – VİDEO
14 Avqust 2018 Azərbaycanda yeni fond yaradılır
14 Avqust 2018 Azərbaycanlı nazirin həbs müddəti uzadıldı
13 Avqust 2018 DTX “əməliyyat” keçirən “reket jurnalistləri” saxladı - VİDEO
13 Avqust 2018 Fədayə Laçın məhkəmədə danışdı: "Qoca ilə qatarda gizlin..."
13 Avqust 2018 Gəncədə yeni terror aktları planlaşdıran şəxs məhv edilib
13 Avqust 2018 “WhatsApp”la bağlı mühüm xəbər: Yazdıqlarınızı oxuyacaqlar
11 Avqust 2018 Leysan Balakəni iflic etdi – Əhali helikopterlə çıxarılır
11 Avqust 2018 Xalq artistinə ağır itki