b_550_325_16777215_00_images_xeber_sekilleri_05mart2018_fdhfgj.jpg

Cari ilin aprel ayında Neftçala sənaye zonasında yerləşən avtomobil zavodunda avtomobil istehsalına start veriləcək.

Missiya.Az bildirir ki, bu barədə Trend-ə "AzerMash" şirkətinin qurucusu Emin Axundov məlumat verib.

Onun sözlərinə görə, zavodun açılışı martın sonunda baş tutmalıdır. O qeyd edib ki, açılış mərasimində martın 28-də Azərbaycana səfəri planlaşdırılan İran prezidenti Həsən Ruhaninin iştirak edəcəyi gözlənilir.

Müəssisədə Dena, Rana, Soren, Samand markalı avtomobillərin, həmçinin Peugeot avtomobilin bir sıra modellərinin istehsal edilməsi nəzərdə tutulub. Zavodun illik istehsal gücü 10 min avtomobil təşkil edəcək. Gələcəkdə avtomobillərin Ukraynaya, Rusiyaya və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır.

Emin Axundov əlavə edib ki, hal-hazırda zavodda ehtiyat hissələrinin istehsal olunması imkanları müzakirə edilir.

Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıb. Layihənin dəyəri ümumi 24 milyon manata bərabər olaraq qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək.

14 Dekabr 2018 Bakı Limanı köçürülür
14 Dekabr 2018 Novruz Məmmədov sosial müdafiə ilə bağlı qərarlarda dəyişiklik etdi
13 Dekabr 2018 İlham Əliyev Ərdoğana başsağlığı verdi
11 Dekabr 2018 Həbib Nurməhəmmədovu Azərbaycana dəvət ediblər
08 Dekabr 2018 Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ
07 Dekabr 2018 Azərbaycanda quş qripi XƏBƏRDARLIĞI
06 Dekabr 2018 Saçı qırxılan gəli̇ni̇n anası: Qızımı belə görəndə şok keçirdim - VİDEO
06 Dekabr 2018 Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq
04 Dekabr 2018 Bürclər dekabr ayında nə vəd verir? - PROQNOZ
03 Dekabr 2018 Polislər qan verdi - Talassemiyalı və hemofiliyalı xəstələr üçün
03 Dekabr 2018 "Türkiyə NATO-dan ayrılıb Avropa Ordusuna qatılacaq?" - Ərdoğan Argentinada bütün detalları açıqladı
01 Dekabr 2018 Azərbaycana qanunsuz keçirilən külli miqdarda dərman aşkarlanıb - VİDEO
29 Noyabr 2018 FHN-dən Tərtərdəki partlayışla bağlı - Açıqlama
28 Noyabr 2018 DİM sədri: İşimizlə əlaqədar şikayətlər alırıq
28 Noyabr 2018 Aktyorla davası olan məktəb direktoru ilə bağlı sensasiya - VİDEO
28 Noyabr 2018 Bahar Muradova: Təhsilin inkişafını öz üzərinə götürmək dövlətin borcudur
28 Noyabr 2018 Sellofan torbaların istifadəsi tam qadağan olunur - RƏSMİ
28 Noyabr 2018 Bu gün iki rayon susuz qalacaq
27 Noyabr 2018 Ali məktəblərdə ödənişli hazırlıq qrupları yaradılır - QAYDALAR
27 Noyabr 2018 Baş nazirdən siqaret və alkoqollu içkilər barədə vacib qərar