b_550_325_16777215_00_images_xeber_sekilleri_08yanvar2018_pic_1477575042.jpg

Britaniyalı fizik Stiven Hokinqin sözlərinə görə, bəşəriyyət 100 il sonra  qlobal istiləşmədən qaynaqlanan dözülməz hava temperaturu ilə əlaqədar məhvə düçar olacaq.

Missiya.Az CNET-ə istinadən xəbər verir ki, bu barədə  tanınmış alim “Sevimli məkanlar” adlı sənədli serialın ikinci fəslində danışıb.

Hokinq əmin edir ki, iqlim dəyişiklikləri bu templə davam etsə, atmosferdə temperatur dözülməz dərəcələrə qalxacaq və Yer bir növ ikinci Venera planetinə dönəcək. Adıçəkilən planetin  səthində temperatur 467 dərəcə selsiyə qədər qalxa bilir, təzyiq isə yerin atmosfer təzyiqindən nə az, nə çox - 93 dəfə çoxdur. Bu göstərici yüksək təzyiqlərə davamlı olan sualtı gəmini belə dağıtmağa kifayət edir.

Bu cür hallar istixana effektinə görə meydana gəlib. Qatı bulud təbəqəsi günəşin istisini içəri buraxsa da, onun kosmosa qayıtmasına əngəl olur.

Fərziyyələrə görə, 4.5 milyard il əvvəl Venera planeti okeanlarla əhatələnsə də, günəşə yaxın məsafədə mövqe tutduğunda görə okeanlar buxarlanaraq quruyub və atmosferi su buxarı ilə zənginləşdirib. Çox aşağı miqyaslarda olsa da, oxşar proses Yer planetində də müşahidə olunur. Qlobal istiləşməyə təsir edən əsas istixana qazı karbon qazıdır.

Hokinqin fikirincə, 100 ildən sonra bizim planetdə yaşayış üçün şərait həddindən artıq pisləşəcək və artıq böyük fəlakətin qarşısını almaq mümkün olmayacaq. “Bəşər övladı” özünə kosmosda yeni məskən axtarmalı olacaq.

“Qlobal istiləşməni inkar edən kiməsə rast gəlsəniz, ona Veneraya yollanmağı tövsiyə edin.  Həmin səfərin bütün xərclərini öz üzərimə götürürəm”, – deyə alim efir proqramında zarafatyana bildirib.

19 Yanvar 2018 Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi xəbərinə Aydın Əliyevdən - CAVAB
18 Yanvar 2018 Maqazin Murad Boz Bakıdakı toyun görüntülərini paylaşdı - VİDEO
16 Yanvar 2018 İnstitutda qalmaqal: Qoy, hamı burada qoyun kimi oturub qulaq assın – VİDEO
16 Yanvar 2018 Terrorçular zirehli texnika ilə əsgərləri əzdilər – VİDEO
16 Yanvar 2018 Bakı- Şamaxı-Yevlax yolu buz bağlayıb - avtomobillər yolda qalıb
15 Yanvar 2018 Azərbaycanda rusiyalı alimə 10 sutkalıq həbs verildi
15 Yanvar 2018 Azərbaycan ordusunun əsgəri həlak oldu
14 Yanvar 2018 Bakıda kreditlə maşın alan kişinin başına iş gəldi
13 Yanvar 2018 DİQQƏT! Səhər Bakıya sulu qar yağacaq
13 Yanvar 2018 Azərbaycanlı tələbədən Ərdoğana bahalı hədiyyə - FOTO
12 Yanvar 2018 Ramil Usubov rəisi işdən çıxardı - Yeni təyinat
12 Yanvar 2018 "Kişi ol, sırğa tax" - Cavanşir Məmmədov - VİDEO
12 Yanvar 2018 Qışda mühərriki qızdırmaq avtomobilə ziyandır - VİDEO
11 Yanvar 2018 İtkin düşən alpinistlərin dostlarından - Təklif
11 Yanvar 2018 Bu avtobusda gediş haqqı qaldırıldı
11 Yanvar 2018 Ziya Məmmədovun bacısı bu vəzifəyə təyin eildi - RƏSMİ
11 Yanvar 2018 Azərbaycanda daha bir məşhur müğənninin adı insan alverində hallanır - AÇIQLAMA
10 Yanvar 2018 Təhsil Nazirliyi işçi axtarır
08 Yanvar 2018 Yanvarın 22-si iş günü olacaqmı?
08 Yanvar 2018 Məhkəmə Ramiz Məliklə Məleykə Əsədova barədə qərar verdi