b_550_325_16777215_00_images_xeber_sekilleri_03oktyabr2017_1507809301_5-kopiya.jpg

Bir müddət əvvəl İŞİD terrorçularından xilas edilən azərbaycanlı azyaşlı Abdullanın ailəsi ilə bağlı yeni faktlar ortaya çıxıb.

Missiya.Az xəbər verir ki, 3 yaşlı Abdullanın atası Süleyman AbdullayevBakının Suraxanı rayonunda yaşayıb, ailə qurduqdan sonra Türkiyəyə köçüb. İşləmək adı ilə ölkəni tərk edən Süleyman ailəsi ilə birlikdə Türkiyədən İraqa yollanıb.

İŞİD sıralarına qoşulan Süleyman, həyat yoldaşı İlahə Abdullayeva və övladları partlayış zamanı həlak olublar. Xoşbəxtlikdən Abdulla sağ qalıb.

Saytın əldə etdiyi digər məlumata görə, Abdullanın anası ölən zamanı hamilə olub. Onun bətnindəki körpəsi ilə yanaşı 4 uşağı məlum hadisə zamanı ölüb. Abdullanın böyük bacısı Əsmanın 12 yaşı olub.

İlahə Abdulayevanın dayısı Elçin Zeynalov əməkdaşımızla söhbətində qeyd etdiyimiz məlumatları təsdiqləyib.

"Abdullanın tapılması barədə xəbəri televizordan eşitdik. Onların İraqa getdiklərini bilmirdik. Elə bilirdik ki, onlar Türkiyədə yaşayırlar. İlahə Türkiyədə olanda onunla tez-tez əlaqə saxlayırdıq. Abdullanın Azərbaycana gətirilməsi ilə bağlı dövlət qurumlarına müraciət etmişik. İlahə və ölən uşaqlarının cənazəsini ölkəyə gətirə bilmədik. Çünki onların meyitləri tapılmadı. Bu yaxınlarda 40 mərasimi olacaq. İlahənin valideynləri bu itki ilə barışa bilmirlər. Anası Səfayənin bu hadisədən sonra səhhəti pisləşib. O, hazırda xəstəxanada müalicə alır. Biz Abdulladan imtina etməmişik. Onun yolunu gözləyirik. Deyirlər ki, Abdulla bir həftəyə Azərbaycana gətiriləcək. Babası Əliqulu Abdullaya sahib çıxmağa hazırdır. Bu, çox ağır dərddir. Heç kimin övladı belə yola getməsin. Nəticəsi ailələr üçün faciə olur" - Abdullanın qohumu bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) isə bildirilib ki, hazırda Abdullanın ölkəyə gətirilməsi üçün danışıqlar aparılır.

azvision.az
23 Fevral 2018 Türkiyəli müğənni Bakıda kirayə ev axtarır
22 Fevral 2018 Azərbaycanda yeni medal təsis edildi
22 Fevral 2018 Nazir baş həkimi işdən çıxardı - yeni vəzifə verdi
22 Fevral 2018 Cəbhədə gərginlik - Düşmən itki verdi - VİDEO
21 Fevral 2018 Yeni şura yaradıldı: akademik, general və rektorlara vəzifə verildi - SİYAHI
21 Fevral 2018 Azərbaycanda təhsil alan "professor"un həbs olunma anı - VİDEO
20 Fevral 2018 Mikayıl Cabbarov Fazil Məmmədovun kadrını özünə müşavir təyin etdi
20 Fevral 2018 Bacılar vida videosu çəkib intihar etdilər
20 Fevral 2018 Azərbaycanda 90 yaşlı vəzifəli şəxs vəfat edib
19 Fevral 2018 Ermənilər ona 63 güllə vurmuşdu - Şəhid polisin həyat yolu - VİDEO
17 Fevral 2018 Azərbaycanda 50 minə yaxın iş yeri bağlanıb
17 Fevral 2018 Biz sildiyimizi zənn edirdik - “WhatsApp”da bu funksiya yeni üzə çıxdı
16 Fevral 2018 DMX və DTX birgə əməliyyat keçirdi - 26 əcnəbi saxlanıldı
16 Fevral 2018 Bakıda sevgilisindən ayrılan yeniyetmə qız özünü asıb
16 Fevral 2018 Xərçəngə qarşı effektiv peyvənd yaradıldı
15 Fevral 2018 Gələcəkdən gəldiyini iddia etdi və bu fotonu göstərdi
14 Fevral 2018 Millimizin sabiq futbolçusu kriminal avtoritet imiş... - FOTO
13 Fevral 2018 Baş Prokurorluq KİV-lərə xəbərdarlıq etdi
12 Fevral 2018 Fədayə Laçın əfv müraciəti etdi
12 Fevral 2018 Hava kəskin soyuyacaq, qar yağacaq - XƏBƏRDARLIQ