b_550_325_16777215_00_images_xeber_sekilleri_03oktyabr2017_1507718730_5-kopiya.jpg

Sabah "2012 TS4” asteroidi Yerə ən yaxın məsafədən keçəcək.

Missiya.Az xəbər verir ki, bunu Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

Onun sözlərinə görə, asteroid Yerə 43 min km məsafədən keçəcək ki, bu da Ayla Yerin arasındakı məsafədən təxminən 10 dəfə yaxın məsafədir:

"Yəni, asteroid Ayın orbitini kəsəcək. Asteroid yerli vaxtla səhər saat 9-a qalmış, 9-da Yerə ən yaxın nöqtədən keçəcək".

X.Mikayılov deyib ki, asteroidin sürəti saniyədə 7,6 km, başqa sözlə 1 saatda 28 min km-dir. Asteroidin diametri təxminən 10, uzunluğu 40 metrə yaxındır: "İlkin hesablamalar göstərir ki, Yerə yaxın məsafədən keçməsinə baxmayaraq, onun Yerə yaxınlaşmasının Yer üçün heç bir təhlükəsi yoxdur".

X.Mikayılov asteroidin keçidinin səhər saatlarında teleskop vasitəsilə müşahidə etmək mümkün olacağını qeyd edib.

 
23 Fevral 2018 Türkiyəli müğənni Bakıda kirayə ev axtarır
22 Fevral 2018 Azərbaycanda yeni medal təsis edildi
22 Fevral 2018 Nazir baş həkimi işdən çıxardı - yeni vəzifə verdi
22 Fevral 2018 Cəbhədə gərginlik - Düşmən itki verdi - VİDEO
21 Fevral 2018 Yeni şura yaradıldı: akademik, general və rektorlara vəzifə verildi - SİYAHI
21 Fevral 2018 Azərbaycanda təhsil alan "professor"un həbs olunma anı - VİDEO
20 Fevral 2018 Mikayıl Cabbarov Fazil Məmmədovun kadrını özünə müşavir təyin etdi
20 Fevral 2018 Bacılar vida videosu çəkib intihar etdilər
20 Fevral 2018 Azərbaycanda 90 yaşlı vəzifəli şəxs vəfat edib
19 Fevral 2018 Ermənilər ona 63 güllə vurmuşdu - Şəhid polisin həyat yolu - VİDEO
17 Fevral 2018 Azərbaycanda 50 minə yaxın iş yeri bağlanıb
17 Fevral 2018 Biz sildiyimizi zənn edirdik - “WhatsApp”da bu funksiya yeni üzə çıxdı
16 Fevral 2018 DMX və DTX birgə əməliyyat keçirdi - 26 əcnəbi saxlanıldı
16 Fevral 2018 Bakıda sevgilisindən ayrılan yeniyetmə qız özünü asıb
16 Fevral 2018 Xərçəngə qarşı effektiv peyvənd yaradıldı
15 Fevral 2018 Gələcəkdən gəldiyini iddia etdi və bu fotonu göstərdi
14 Fevral 2018 Millimizin sabiq futbolçusu kriminal avtoritet imiş... - FOTO
13 Fevral 2018 Baş Prokurorluq KİV-lərə xəbərdarlıq etdi
12 Fevral 2018 Fədayə Laçın əfv müraciəti etdi
12 Fevral 2018 Hava kəskin soyuyacaq, qar yağacaq - XƏBƏRDARLIQ