b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_medal.jpg

Ukraynada fəaliyyət göstərən azərbaycanlıların və digər türkdilli xalqların ictimai təşkilatlarının liderləri və vəzifəli şəxsləri 28 iyun Ukraynanın Konstitusiya Günü münasibəti ilə “Ukraynanın müstəqilliyinin 25 illiyi” Xüsusi Medalı ilə təltif ediliblər. 

Missiya.Az xəbər verir ki, təltif olunanların böyük əksəriyyəti Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) fəallarıdır.

UABD sədri Hikmət Cavadov, sədrin birinci müavini Murad Cəfərovla yanaşı diaspor təşkilatının daha 17 fəalı  “Ukraynanın müstəqilliyinin 25 illiyi” Xüsusi Medalı ilə təltif ediliblər. Onların arasında UABD-nin vilayət rəhbərləri də var: Həbib Əkbər oğlu Həsənli, Rac Müzəffər oğlu Qasımov, Əli-İsa Umud oğlu Dəmirov, Ceyhun İsmayıl oğlu Məmmədov, Mətləb İlqar oğlu Mustafayev, Şakir Yəhya Yəhyayev, Məmməd Mansuroviç Bağırov, Dmitro Viktoroviç Kulibaba, Vüsal Əhməd oğlu Allahverdiyev, Elşad Rafiq oğlu İbrahimov, Arif Cəmil oğlu Quliyev, Vidadi Şəhriyar oğlu İsrafilov, Fail Nazir oğlu Abidov, Eyvaz Cəmil oğlu Quliyev, Əlimərdan Nəriman oğlu Kərimov, Ələddin Aydın oğlu Məhərrəmov, Məcid Nuxu oğlu Nuxiyev.  

b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_333maxresdefault.jpg
Hikmət Cavadov

Azərbaycan  diasporunu  fəalları   “Ukraynanın müstəqilliyinin 25 illiyi” Xüsusi Medalına Ukrayna ərazi bütövlüyü və Milli suverenliyinin qorunmasında, Ukrayna Ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsində, Ukraynada separatizmə qarşı mübarizədə, dövlət və xalq qarşısında xidmətlərinə görə təltif olunublar. 

Bildirilir ki, Ukrayna tarixində ilk dəfədir çoxlu sayda soydaşımız Ümumukrayna statuslu xüsusi təltifə layiq görülüblər. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_13iyun2017_27634_0_0.jpg
Murad Cəfərov

Qeyd edək ki, UABD fəalları ilə yanaşı Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri, professor Fərhad Turanlı, Dnepropetrovsk Azərbaycanlıları İctimai Birliyinin sədri Firuz İbrahimov, sədr müavini Eldar Tağıyev, Ukrayna Parlamentinin deputatı, Krım tatarlarının lideri Mustafa Cemilev (Kırımoğlu), Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyətinin sədri Sergey Qnatyuk, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmməd oğlu Gülməmmədov, Ukrayna Qaqauzları İttifaqının sədri Vasil Kelioqlo “Ukraynanın müstəqilliyinin 25 illiyi” xüsusi medalı ilə təltif olunublar.

Həmçinin, Ukraynanın “Kraina” ÜUB-nin sədri O.M.Sopovun əmri ilə Azərbaycan Respublikası vətəndaşları - Azərbaycan Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə, Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Prezidenti Səbuhi Abbasov Ukrayna həqiqətlərinin işıqlandırılmasında, Ukraynada yaşayan azərbaycanlıların və digər türkdilli xalqların Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi uğrunda mübarizəsinə informasiya dəstəyi verdiklərinə görə “Ukraynanın müstəqilliyinin 25 illiyi” medalı ilə təltif ediliblər.

İdrak
Missiya.Az

21 Oktyabr 2017 Əfqanıstanın paytaxtına raket zərbəsi endirilib
20 Oktyabr 2017 İsrailin baş nazirindən İranla bağlı qalmaqallı açıqlama
19 Oktyabr 2017 Əfqanıstanda dəhşətli qətliyam - 40 hərbçi həlak olub
17 Oktyabr 2017 İraq əsgərlərinin kürd valinin otağına daxil olduğu an - VİDEO
16 Oktyabr 2017 Geri çəkilən peşmərgələr arasında qarşıdurma: Bərzaninin müxbiri ağladı - VİDEO
09 Oktyabr 2017 Türk tankları bu şəhərə girdi: Xalq onları alqışlarla qarşıladı
06 Oktyabr 2017 “Güc tətbiq edə bilərik!” – İraqdan Türkiyə ilə bağlı açıqlama
05 Oktyabr 2017 Erməni nazir müavinindən Avropada həyasızlıq
04 Oktyabr 2017 Ərdoğana sui-qəsd etmək istəyənlərə şok cəza - VİDEO
03 Oktyabr 2017 İranda böyük üsyan - Kürdlər "Lider Bərzani" şüarları ilə ayağa qalxdı - VİDEO
29 Sentyabr 2017 Ukraynada hərbi təyyarə qəzası – Ölənlər var
29 Sentyabr 2017 Bərzanidən qanlı müharibəyə səbəb olacaq açıqlama
29 Sentyabr 2017 Türkiyə və İraq "Kürdüstan"a qarşı əməliyyata başlayır - VİDEO
27 Sentyabr 2017 Abdulatipov təcili Kremlə çağırıldı: istefa ərizəsi yazdı
25 Sentyabr 2017 Regionda yeni çaxnaşma: İran, İraq və Türkiyə hərəkətə keçdi - VİDEO
24 Sentyabr 2017 Tramp Koreyanı hədələdi: "Tab gətirə bilməyəcəksiniz"
23 Sentyabr 2017 İranın yeni ballistik raketi - VİDEO
21 Sentyabr 2017 Ərdoğandan ABŞ-lı jurnalistə sillə kimi sual
20 Sentyabr 2017 Meksikadakı zəlzələdən şok görüntülər - Stadion iki yerə bölündü - VİDEO
20 Sentyabr 2017 Meksikadakı zəlzələnin dəhşətli görüntüləri - VİDEO