54566.png

Azərbaycan Mərkəzi Bankı (AMB) artıq bu gün keçirəcəyi valyuta hərracında yeni satış qaydalarını tətbiq edəcək.

Missiya.Az xəbər verir ki, "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bugünkü hərrac saat 12:00-da başlayacaq və 12:45-də tamamlanacaq. Ümumilikdə satışa 75 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxarılacaq. Satış isə "ən yaxşı məzənnə təklifi verən bank" prinsipi əsasında aparılaraq sifarişlərin tədricən (azalan xətt üzrə) reallaşdırılması nəzərdə tutulur.

Həmçinin, yeni qaydalara əsasən, bundan sonra AMB hərraca çıxarılan valyutanın həcmini öncədən bəyan edəcək. Gələn həftədən isə hərracların I, III və V günləri keçirilməsi qərara alınıb.

Bununla yanaşı bildirilir ki, kommersiya bankları üçün bugündən etibarən alış-satış məzənnəsinin müəyyənləşdirilməsi zamanı 4%-lik marja ləğv edilir.

Qeyd edək ki, ABŞ dollarının bu günə olan rəsmi məzənnəsi 1,7742 AZN/USD təşkil edir.

18 İyul 2017 Azərbaycanda bu benzin növləri rüsumdan azad edildi
13 İyul 2017 Manatın yeni məzənnəsi açıqlandı
12 İyul 2017 Dollarla bağlı kritik açıqlamaya saatlar qaldı
10 İyul 2017 "Azərbaycan məsuliyyətli ölkədir" - Dünya Neft Şurasının sədri
02 İyul 2017 Azərbaycanda qızıl hasilatı artır
01 İyul 2017 Deputatdan manatla bağlı - ŞAD XƏBƏR
22 İyun 2017 Dolların sabaha olan məzənnəsi açıqlandı
07 İyun 2017 Sahibkarlara dörd mindən artıq lisenziya verilib
06 İyun 2017 ING: Gələn il Azərbaycan iqtisadiyyatı 1,6% artacaq
30 May 2017 Azərbaycanda daha 5 bank bağlana bilər
30 May 2017 Elman Rüstəmovdan manatla bağlı açıqlama
26 May 2017 OPEC neftin müvafiq qiymətini açıqladı
23 May 2017 İslam Oyunlarından sonra dollar bahalaşacaqmı...
21 May 2017 “Exchange” açmaq istəyənlərin - NƏZƏRİNƏ
17 May 2017 Azərbaycanlı milyarder şirkətini Ərəbistandan çıxarır
16 May 2017 "Fitch" və "Moody’s" agentlikləri ABB-nin reytinqlərinə yenidən baxıb
15 May 2017 Biləsuvarda sahibkarlar üçün treninq keçirilib
15 May 2017 Dollar həftəyə bu məzənnə ilə başlayır
10 May 2017 "Vaxt gələcək, Azərbaycanın elektron pulu olacaq" - Sabit Fətizadə
07 May 2017 Azərbaycan 500 milyon dollar kredit götürdü