b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_5677777.jpg
Ötən ilin oktyabr ayından indiyədək Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyaya (RTƏS) kəskin respirator viruslara yoluxmalara görə laborator müayinələrin aparılması üçün 265 nümunə daxil olub.
 
Missiya.Az xəbər verir ki, bunu Trend-ə RTƏS-in Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib.
 
Onun sözlərinə görə, bu nümunələrin müayinəsi nəticəsində 2 nəfərdə A qripinin H3N2 virusu, 5 nəfərdə paraqrip, 6 nəfərdə Adena virus, digərlərində isə kəskin respirator virus infeksiyaları aşkarlanıb.
 
R.İsmayılova qeyd edib ki, H3N2 virusunun aşkarlandığı 2 nəfər son 1 ay ərzində ölkədən kənara çıxmayb: “Yəni bu, onlar tərəfindən gətirilmə virus deyil. Onlar elə Azərbaycanda olarkən bu virusa yoluxublar. H3N2 virusuna yoluxan şəxslər xəstəliklərini çox yüngül keçirdiklərindən onları heç stasionar müəssisəyə də yerləşdirməmişik. Həmin şəxslər artıq sağalıblar”.
 
R.İsmayılova H3N2 virusunun mövsümi qrip olduğunu və onun daha yüngül klinik əlamətlərlə müşahidə edildiyini də söyləyib. Onun sözlərinə görə, bu virusa yoluxma zamanı xəstədə hərarət, başağrısı, boğaz ağrısı müşahidə edilir. Qrip hesab olunmayan və qripə bənzər əlamətləri olan paraqrip və Adena virusa yoluxma zamanı da soyuqlama əlamətləri - yüksək hərarət, başağrısı, öskürək, boğaz ağrısı müşahidə edilir. Amma bu xəstəliklərdən ağırlaşmalar olmur. Biz müayinələr zamanı gördük ki, H3N2-yə yoluxanların vəziyyəti paraqrip və adena virusa yoluxanlarla müqayisədə daha yüngüldür”.
 
R.İsmayılova əlavə edib ki, indiyədək sadalanan viruslar aşkarlanan xəstələrin heç birində ağırlaşma olmayıb, onların hamısı sağalıb.
 
Stansiya rəsmisinin sözlərinə görə, paraqrip, Adena virus və H3N2 viruslarından hansının insan orqanizmi üçün daha təhlükəli olması barədə fikir yürütmək olmaz:
 
“Çünki bu xəstəliklərin necə keçməsi insanın özünün immunitetindən, gigiyenik qaydalara, yataq rejiminə əməl etməsindən asılıdır. Əgər insan yataq rejimində olmursa, özünü soyuğa verirsə, lazım olan həcmdə maye qəbul etmirsə, əllərini tez-tez sabunla yumursa, onda ağırlaşmalar baş verə bilər. Ona görə də demək mümkün deyil ki, bunlardan hansı daha ağır keçir. Bu, fərdi məsələdir”.
27 İyul 2017 Paytaxtda istilik 40 dərəcəyə çatacaq
26 İyul 2017 Ailədaxili konfliktlərin səbəbləri - VİDEO
25 İyul 2017 Məcburi köçkün olan müəllimi didərgin salıblar - Sumqayıtda
24 İyul 2017 Bakıda külək davam edəcək
24 İyul 2017 Jurnalistlərin ev məsələsi
23 İyul 2017 Yetim Eyvaz vəfat etdi
21 İyul 2017 10 min elektron kitabın təqdimatı olacaq - Tarix İnstitutunda
21 İyul 2017 AMEA-da ev QALMAQALI - Sakinlərin hüquqları pozulur
20 İyul 2017 Aqil M.Quliyevə ağır itki - FOTO
19 İyul 2017 Bioloji Təbabət Klinikası jurnalistlər üçün aksiya keçirir
19 İyul 2017 Qızmar hava davam edəcək - Rekord istilər gözlənilir
18 İyul 2017 Millət vəkili: Azərbaycanda ürək transplantasiyası aparılmır
18 İyul 2017 Sabah Natiq Əliyevin 40 mərasimidir
14 İyul 2017 Azərbaycanda yeni sosial şəbəkə fəaliyyətə başlayıb
14 İyul 2017 Azərbaycandakı məşhur türk bankı: “Süpürgəçiyə kredit verərik, jurnalistə yox”
12 İyul 2017 Azarkeşlər metroda vaqonları bu hala saldı - FOTOLAR
11 İyul 2017 Azərbaycanın polis generalına ağır itki
10 İyul 2017 Millət vəkilinə ağır itki üz verdi
10 İyul 2017 Şəkər xəstələrinə şad xəbər: amputasiya olmayacaq - VİDEO
08 İyul 2017 Qənirə Paşayeva Zəhra ilə bağlı Türk dünyasına çağırış etdi