b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_elmira.jpg

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova dekabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerə məktubla müraciət edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məktubda deyilir: “2016-cı ilin 29 dekabr tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərib. Təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb və sonradan məlum olub ki, onun cəsədi qarşı tərəfdədir.

Azərbaycan tərəfi əsgər Qurbanov Çingiz Salman oğlunun cəsədinin geri qaytarılması ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikə rəsmi qaydada müraciət edib. Bununla belə, bizim əsgərimizin cəsədi bu günə kimi Azərbaycan tərəfinə qaytarılmayıb.

Hazırda müvafiq qurumlarla, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə hərbi qulluqçumuzun cəsədinin Azərbaycan tərəfinə qaytarılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, Ermənistan tərəfi prosesi süni olaraq uzadır və “istintaq”ın aparıldığını bəyan edir. Halbuki, cəsədlərin qaytarılması mexanizmi və proseduru yetərincə bəllidir və bu cür hallarda əvvəllər də tətbiq olunub və onlar hər iki tərəfə, habelə sizin təşkilatınıza da bəllidir.

Hesab edirik ki, Ermənistan tərəfinin bu addımı beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarının, insan hüquqlarının, həmçinin Ermənistanın özünün də qoşulduğu 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Qeyd etmək lazımdır ki, Ermənistan tərəfi 1994-cü ildən etibarən mövcud atəşkəsi heçə sayaraq mütəmadi təxribatlar törədir. Bu hadisələrdən biri də 2016-cı ilin aprel ayına təsadüf edib. Belə ki, 2-5 aprel tarixlərində Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə məskunlaşan mülki əhalinin yaşadığı çoxsaylı evlər, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olub və ağır yaralanıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulub.

Yuxarıda qeyd olunanları, o cümlədən onun ailəsinin və ölkə əhalisinin gözləntilərini nəzərə alaraq, təşkilatınızın mandatı çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun olaraq əsgər Qurbanov Çingiz Salman oğlunun cəsədinin geri qaytarılmasına kömək göstərməyinizi sizdən xahiş edirəm”.

AzerTac

27 İyul 2017 “Planet” şadlıq sarayının rəhbəri ağac kəsiminə görə həbs olundu
27 İyul 2017 Qadının uşağa qarşı vəhşiliyi hər kəsi şoka salıb - VİDEO
27 İyul 2017 Özünü iki uşağı ilə birlikdə qatarın altına atan gəlinin və uşaqlarının FOTOsu yayıldı
27 İyul 2017 Uşaq avtobusun arxa qapısından yerə düşdü - Həmin anın VİDEOsu
27 İyul 2017 Vidadi Zeynalov və digərlərinə hökm oxundu - YENİLƏNİB
27 İyul 2017 Bakıda atasını itirən qızdan - DƏHŞƏTLİ ƏMƏL
26 İyul 2017 Cərimənizi ödəyin, yoxsa... - Vaqif Əsədov
25 İyul 2017 Sakinlər mənzilə oğurluğa gələn şəxsi belə tutdu - VİDEO
25 İyul 2017 Bakıda soğru - "Ərəblərin əlindən özümüzə sevgili tapa bilmirik" - VİDEO
24 İyul 2017 DİN vətəndaşlara müraciət etdi
24 İyul 2017 Məşhur istirahət zonasında FACİƏ - Meyit tapıldı
23 İyul 2017 Məşhur türkiyəli müğənni Şəmkirə toya gəlib - FOTO
21 İyul 2017 Azərbaycanlı qadın müğənni İrəvanda konsert verəcək - FOTO
20 İyul 2017 Ev verilən jurnalistlərin adları açıqlanıb - TAM SİYAHI
20 İyul 2017 Jurnalistlər üçün tikilən binanın açılış mərasimi başladı
19 İyul 2017 Prezident qəzetlərə birdəfəlik maliyyə yardımı ayırıb
19 İyul 2017 Bakıda dəhşətli qəzanın VİDEOsu
19 İyul 2017 Canlı yayımda baş vermiş +18 və gülməli hadisələr - VİDEO
18 İyul 2017 “Bacanaqlar”ın Məhəbbəti ATV-dən getdi
17 İyul 2017 Bakıda sürücü yol polisinin maşınını baltaladı