b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_5645.jpg
Lənkəran Dövlət Universitetində də yenə yeni il bazarlığı gedir

Missiya.Az 
xəbər verir ki, tələbələrin politika.az-a verdiyi məlumata görə, qış semestri ərəfəsində canlanma müşahidə olunur. 

Artıq qış mövsümü açıq elan olunub. Media yazır ki, bu haqq-hesabın ödənilməsində nə rektor, nə dekanlar iştirak edir. 

Müəllimləri bu işə səfərbər edən LDU rəhbərliyi yekunda onların tələbələrdən topladığı rüşvətin paket şəklində böyük bir faizini tələb edir. Lənkəran Dövlət Universitetində təhsilin inkişafı üçün heç bir iş görülmür. Burada yalnız rüşvət yığmağın qaydaları öyrədilir.

Təsadüfi deyil ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirələrin birində ölkədə savadlı kadrların çatışmazlığından danışmış, tənqidi fikirlər səsləndirmişdi. 

Məhz LDU da kadr yetişdirə bilmir. Burada artıq təhsil deyilən bir anlayış qalmayıb. Universitetin yüksək amallara xidmət etməsini missiyasını rektorluq öz aciq qazancına və mənfəətinə dəyişib! 

Qapılarını rektor tələbələrə o qədər möhkəm bağlayıb ki, təhsilə nifrət hissi yaratdığını, tələbələrin qürurunu-şərəfini göndərdiyi müəlimlərin necə alçaltdıqlarından da xəbəri olmur. Tələbələrdən alınması üçün müəyyən olunmuş pulun miqdarı (bu rəqəm fakultədən-fakultəyə dəyişir)

3 qiyməti - 40Azn (30 Azn)
4 qiyməti - 50Azn (40 Azn)
5 qiyməti - Qrup nümayəndəsi və "DayDay"ı olanlar...

Müəllimlərdən soruşanda nəyə görə qiymətlər bahadır, cavab o olur ki, “Siz gələcəkdə pul çox görəcəksiniz”... 

Burada pul verməyənlərə qarşı münasibət çox təzadlıdır. 3-4 % tələbə xaricində bütün tələbələrdən məcburi pul yığılır. 

Elə tələbə də var ki, semestr ərzində 1 və ya 2 imtahana pul vermir, qalanlarına verir. O da qalır müəllimin insafına. Böyük ehtimalla (80%) kəsilir.
Pulun yığılması az qala bütün tələbələrə diktə olunub və qəbul etdirilib. Pul qrup nümayəndələrinə yığdırılır. 

İmtahan olan günü imtahan keçirilən imtahan zalının qabağında hamı əlində pulla qrup nümayəndəsini axtarır. Hər qrup bir kənara çəkilib pulu verirlər. Sonra isə imtahan başlamamış pul və adlar qeyd olunmuş siyahı həmin müəllimə çatır.
26 İyul 2017 Reyd zamanı gərgin anlar: "Ay qardaş, nazirliyə gedirəm..." - VİDEO
26 İyul 2017 Cərimənizi ödəyin, yoxsa... - Vaqif Əsədov
26 İyul 2017 Yetim Eyvaz müğənni oğlu barədə ŞOK AÇIQLAMA
26 İyul 2017 Qubalı qardaşlar ABŞ-ı ikinci dəfə şoka saldı - Möhtəşəm güc şousu - VİDEO
25 İyul 2017 Sakinlər mənzilə oğurluğa gələn şəxsi belə tutdu - VİDEO
25 İyul 2017 Bakıda soğru - "Ərəblərin əlindən özümüzə sevgili tapa bilmirik" - VİDEO
24 İyul 2017 DİN vətəndaşlara müraciət etdi
24 İyul 2017 Məşhur istirahət zonasında FACİƏ - Meyit tapıldı
23 İyul 2017 Məşhur türkiyəli müğənni Şəmkirə toya gəlib - FOTO
21 İyul 2017 Azərbaycanlı qadın müğənni İrəvanda konsert verəcək - FOTO
20 İyul 2017 Ev verilən jurnalistlərin adları açıqlanıb - TAM SİYAHI
20 İyul 2017 Jurnalistlər üçün tikilən binanın açılış mərasimi başladı
19 İyul 2017 Prezident qəzetlərə birdəfəlik maliyyə yardımı ayırıb
19 İyul 2017 Bakıda dəhşətli qəzanın VİDEOsu
19 İyul 2017 Canlı yayımda baş vermiş +18 və gülməli hadisələr - VİDEO
18 İyul 2017 “Bacanaqlar”ın Məhəbbəti ATV-dən getdi
17 İyul 2017 Bakıda sürücü yol polisinin maşınını baltaladı
17 İyul 2017 Ağır xəstə olan Könül Xasıyeva toyda oxudu - VİDEO
17 İyul 2017 Mənsimov Türkiyədəki dövlət çevrilişinə cəhddən danışdı
16 İyul 2017 Tarif Şurasının qərarı ləğv edilə bilərmi?