b_550_325_16777215_00_images_xeber_sekilleri_11yanvar2017_269164.jpg

Bakıda avtobusun iştirakı baş verən yol qəzasının videogörüntüsü yayılıb.

Missiya.Az xəbər verir ki, “BakuBus”un mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın 9-da Binəqədi rayonunun C.Xəndan küçəsində “BakuBus”a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol hərəkəti qəzası ilə bağlı bir sıra mətbuat orqanlarında reallıqdan uzaq, gerçəkliyi əks etdirməyən məlumatlar yer alıb: “Hətta bəzi saytlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmədən nəticə çıxararaq, "BakuBus"-ın avtobusu ağır qəza törətdi” başlıqlı yazılarla avtobus sürücüsünü, daşıyıcı şirkət olaraq “BakuBus”-ı ittiham edib, ictimaiyyətdə hadisə ilə bağlı məqsədyönlü olaraq yanlış rəy formalaşdırmağa cəhd edib”.

Şirkət yayılan məlumatların gerçəkliyə uyğun olmadığını göstərmək üçün hadisənin görüntüsünü də APA-ya təqdim edib: “Eyni zamanda “BakuBus” olaraq bu saytlardan həqiqətə uyğun olmayan, uydurma məlumatları yaydığı üçün həmin məlumatların təkzib edilməsini və bir daha bu kimi reallıqdan uzaq məlumatların yayılmasından qətiyyətlə imtina etməsini tövsiyə edirik. Xatırladırıq ki, Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət məsuliyyəti yaradır”.

Qeyd edək ki, qəza yanvarın 9-da 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Sevda İsmayılova idarə etdiyi “Nissan Qasqai” markalı maşınla yolun əks hərəkət istiqamətinə çıxaraq “BakuBus”-a məxsus 6 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Nəticədə qadın sürücü ölüb.

24 Sentyabr 2017 Prezident millimizin matçını izləyir
24 Sentyabr 2017 22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı
24 Sentyabr 2017 Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı
23 Sentyabr 2017 Səbirli komandir hər kəsi təəccübləndirib - VİDEO
23 Sentyabr 2017 Bakıda kişini arvadı və uşaqları döydü
22 Sentyabr 2017 Azərbaycanda məşhur milyarderin şirkəti ləğv olunur
21 Sentyabr 2017 Azərbaycanlı milyonçunun bazarı mühasirədə - VİDEO
21 Sentyabr 2017 Tanınmış jurnalist xəstəxanaya yerləşdirildi - FOTO
20 Sentyabr 2017 İlham Əliyev Donald Trampla görüşdü - FOTO
20 Sentyabr 2017 Biləsuvarda ağır qəza: 4 nəfər öldü
19 Sentyabr 2017 Palmali şirkətindən İngiltərədə 2 milyardlıq iddia
19 Sentyabr 2017 Döyüldüyü üçün evdən qaçan İlkinin valideyni tapıldı - VİDEO
18 Sentyabr 2017 Şeyxin qudası Hacı Qalibin oğlu həbs edildi
16 Sentyabr 2017 Bakıda qadını avtomobil vurub
15 Sentyabr 2017 Ermənilərdən Azərbaycan ordusu ilə bağlı təxribat - FOTO
14 Sentyabr 2017 Bakıda qalmaqal: vətəndaş polislə əlbəyaxa oldu - VİDEO
14 Sentyabr 2017 Prezident xanım səfir təyin etdi
13 Sentyabr 2017 Güclü geomaqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ
13 Sentyabr 2017 Qurbanov "Qarabağ"ın məğlubiyyətindən danışdı
12 Sentyabr 2017 "Qarabağ" "Çelsi"yə bu hesabla uduzdu