b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_225-44E7-89B6-64.jpg

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan beynəlxalq sərhədində baş vermiş hadisə zamanı həlak olan azərbaycanlı əsgərlə bağlı münaqişə tərəfləri ilə iki tərəfli dialoqu davam etdirir.

Missiya.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

İ. Hüseynova prosesin yubanmasının səbəblərini də açıqlayıb: “Biz başa düşürük ki, Ermənistanda hadisə ilə bağlı istintaq gedir. Buna baxmayaraq, meyit ailəyə mümkün qədər tez qaytarılmalıdır. Biz meyitin təhvil verilməsində neytral vasitəçi kimi yardımçı olmağa hazırıq”.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

26 İyul 2017 Reyd zamanı gərgin anlar: "Ay qardaş, nazirliyə gedirəm..." - VİDEO
26 İyul 2017 Cərimənizi ödəyin, yoxsa... - Vaqif Əsədov
26 İyul 2017 Yetim Eyvaz müğənni oğlu barədə ŞOK AÇIQLAMA
26 İyul 2017 Qubalı qardaşlar ABŞ-ı ikinci dəfə şoka saldı - Möhtəşəm güc şousu - VİDEO
25 İyul 2017 Sakinlər mənzilə oğurluğa gələn şəxsi belə tutdu - VİDEO
25 İyul 2017 Bakıda soğru - "Ərəblərin əlindən özümüzə sevgili tapa bilmirik" - VİDEO
24 İyul 2017 DİN vətəndaşlara müraciət etdi
24 İyul 2017 Məşhur istirahət zonasında FACİƏ - Meyit tapıldı
23 İyul 2017 Məşhur türkiyəli müğənni Şəmkirə toya gəlib - FOTO
21 İyul 2017 Azərbaycanlı qadın müğənni İrəvanda konsert verəcək - FOTO
20 İyul 2017 Ev verilən jurnalistlərin adları açıqlanıb - TAM SİYAHI
20 İyul 2017 Jurnalistlər üçün tikilən binanın açılış mərasimi başladı
19 İyul 2017 Prezident qəzetlərə birdəfəlik maliyyə yardımı ayırıb
19 İyul 2017 Bakıda dəhşətli qəzanın VİDEOsu
19 İyul 2017 Canlı yayımda baş vermiş +18 və gülməli hadisələr - VİDEO
18 İyul 2017 “Bacanaqlar”ın Məhəbbəti ATV-dən getdi
17 İyul 2017 Bakıda sürücü yol polisinin maşınını baltaladı
17 İyul 2017 Ağır xəstə olan Könül Xasıyeva toyda oxudu - VİDEO
17 İyul 2017 Mənsimov Türkiyədəki dövlət çevrilişinə cəhddən danışdı
16 İyul 2017 Tarif Şurasının qərarı ləğv edilə bilərmi?