b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_nuray_0136.jpg

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Nuray Bayramzadənin məsələsi ilə bağlı məlumat yayıb.

Missiya.Az xəbər verir ki, məlumatda bildirilib ki, 11 noyabr 2006-cı il təvəllüdlü Nuray Əvəz qızı Bayramzadənin xalasından alınaraq atasına verilməsi barədə məhkəmə qətnaməsinin icrası ilə bağlı sosial şəbəkələrdə yayımlanmış video-süjetlə əlaqədar olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş İşçi qrup Quba Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Quba rayonunda azyaşlı və onun qohumları ilə görüşüb.

Görüş zamanı xalası Mehriban Eldarovanın himayəsində yaşayan Nurayın böyüdüyü və tərbiyə olunduğu şərait yoxlanılıb, onun özü ilə ətraflı söhbət aparılıb. Azyaşlı xalasından (ana deyərək çağırırdı) ayrılmaq istəmədiyini söyləyib. Nurayın xalası atanın uşağı ilə heç vaxt maraqlanmadığını, onu körpə vaxtında atıb getdiyini, uşağın on yaşının tamam olduğunu və buna görə də təkrar olaraq Nurayın öz himayəsində qalması ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

N. Bayramzadə 2010-cu ildə anasının vəfatından sonra Quba Rayon İcra Hakimiyyətinin sərəncamı ilə xalası M.Eldarovanın qəyyumluğuna verilib. Atası Əvəz Bayramovun iddiası əsasında 2012-ci ildə Quba Rayon Məhkəməsi uşağın atasına verilməsi haqqında qətnamə qəbul edib. Sumqayıt Apelyasiya Məhkəməsinin 28 avqust 2012-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 10 aprel 2013-cü il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. 7 dekabr 2016-cı il tarixində Quba rayon icra şöbəsində icra prosesi zamanı N. Bayramzadə baş verənlərdən ağır stress keçirib: "Təqdim edilmiş sənəddə Quba rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı azyaşlının icra prosesində kəskin psixoemosional və fiziki təzyiqlərə məruz qaldığının şahidi olduğunu bildirib və yaşayış mühitinin dəyişdirilməsinin ona mənfi təsir edəcəyi barədə rəy verib".

Yuxarıda göstərilənləri nəzərə alaraq Komitə hazırkı vəziyyətdə məhkəmə qətnaməsinin icrası üzrə tədbirlərin davam etdirilməsinin Nuray Bayramzadənin mənafeyinə uyğun olmadığını hesab edir: "Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq konvensiyalara əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Qərarların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məsələ ilə bağlı Komitə tərəfindən Ədliyyə Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlik baş vermiş insidentlə bağlı hazırda xidməti araşdırma aparıldığını və nəticə üzrə qanunamüvafiq tədbirlər görüləcəyini bildirib”.

*   *   *12:21

Ədliyyə Nazirliyinin İcra baş idarəsinin Quba icra şöbəsində baş vermiş hadisə ilə bağlı yaradılan İşçi Komissiyası Quba rayonuna səfər edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən təşkil olunan komissiya üzvləri 10 yaşlı Nuray və ailə üzvləri ilə görüşür.

Görüşdə komitənin sədr müavini Aynur Sofiyeva, millət vəkili Qənirə Paşayeva, Quba Ryon İcra Hakimiyyətinin üzvləri iştirak edirlər. Görüşdə jurnalistlərin iştirakına icazə verilməyib. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.

29 Aprel 2017 Qardaşı tutulan MTN əməkdaşı özünü niyə asdı?
29 Aprel 2017 Ermənilərin buraxdığı raketlərin heç biri hədəfə dəyməyib
29 Aprel 2017 Tanınmış müğənninin azadlığa çıxacağı gün bilindi
29 Aprel 2017 Türkiyədə məscid tikintisində çökmə olub - ölənlər var
29 Aprel 2017 Goranboyda kafedə kütləvi dava baş verib
28 Aprel 2017 Azərbaycan XİN təmas xəttində gərginlik barədə
28 Aprel 2017 Ucarda qadın 22 yaşlı gəlinini bıçaqlayıb
28 Aprel 2017 Bakıda tutulan erməniyə hökm oxundu - 8 il
27 Aprel 2017 Bülent Ersoy eşqini etiraf etdi - FOTO
27 Aprel 2017 MTN generalı: “2 milyon manat Eldar Mahmudova çatıb”
27 Aprel 2017 Bakıda qız və oğlanla tanış ola bilmək üçün klub yaradıldı
25 Aprel 2017 Türkiyə Trampın “soyqırım” bəyanatına cavab verdi
25 Aprel 2017 Qarabağda erməni əsgərin meyiti tapılıb
24 Aprel 2017 SOCAR Xəzərdən neftçiləri evakuasiya edir
23 Aprel 2017 Türkiyə şirkətinin Bakıya xəyanəti təsdiqləndi - FOTO
23 Aprel 2017 Mədət Quliyev gitarada ifa etdi, mahnı oxudu - VİDEO
21 Aprel 2017 FTX-yə silahlı hücumun təfərrüatı: Azərbaycanlı izi...
21 Aprel 2017 "Facebook"dan yenilik - Klaviaturadan istifadə etməyəcəksiz
20 Aprel 2017 Azərbaycanlı rəqqasəyə sevgilisi ev bağışladı - VİDEO
20 Aprel 2017 Azərbaycanda vətəndaşların 728 milyon manatlıq borcu silindi