b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_kerry.jpg

ABŞ dövlət katibi Con Kerrinin İŞİD terror təşkilatı barədə fikirlərini əks edən səs yazısı yayılıb.

Missiya.Az xəbər verir ki, Kerinin 22 sentyabrda Nyu Yorkda bir qrup suriyalı müxalif və bəzi qərbli diplomatlarla keçirdiyi toplantıya aid səs yazısını mətbuata WikiLeaks saytı sızdırıb.

Təxminən 40 dəqiqə davam edən səs yazısında Kerri, İŞİD-in gücləndiyini gördüklərini, amma Əsəd rejiminə təzyiq göstərəcəyini düşündükləri üçün müdaxilə etmədiklərini - deyir.

"Rusiya işə qarışdı, çünki İŞİD güclənirdi. İŞİD-in Dəməşqə girmək təhlükəsi vardı. Məhz bu səbəbdən də Rusiya müdaxilə etdi. Çünki İŞİD-in quracağı hökuməti istəmirdilər, ona görə də Əsədə dəstək verdilər. İŞİD-in gücləndiyini bilirdik. Sadəcə tamaşa edirdik. İŞİD-in böyüdüyünü görərək Əsədin təhlükə altında olacağını düşündük. Əsədi müzakirəyə cəlb edə biləcəyimizi düşündük. Amma Əsəd müzakirəyə qoşulmaq yerinə Putindən dəstək aldı."

Kerri, Obama administrasiyası istəsə də, İngiltərə parlamenti qəbul etmədiyi üçün 2013-cü ildə Suriyada gücdən istifadə etmədiklərini deyib.

"Suriyada gücdən istifadə edilməsinin tərəfində idim. Bu fikri müdafiə etdim. Kimyəvi silahlar səbəbindən Əsədə hücum edəcəyimizi də mən elan etdim. Sonradan hadisələr başqa məcralarda davam etdi. Amma nəticə etibariylə konqress bunu səsverməyə çıxartmağı qəbul etmədi. Toni Bleyer də parlamentə getdi səsvermədə uduzdu."

Vəzifə müddətinin başa çatması münasibətilə keçirdiyi mətbuat konfransında Kerri, 2013-cü ildə planlaşdırılan müdaxilə barədə, İngiltərə parlamenti dəstək vermədiyi üçün bu iş baş tutmadı. Yoxsa Obama Suriyada gücdən istifadə etməyə qərarlıydı - deyərək özlərinə bəraət qazandırıb. 

22 İyul 2017 Prezident mətbuat günü ilə bağlı paylaşım etdi - FOTO
22 İyul 2017 Bilgəh çimərliyində faciə: 20 yaşlı oğlan öldü
22 İyul 2017 Bakıda maraqlı hadisə - Avtomobilin nömrəsinə “seks” yazıldı - FOTO
22 İyul 2017 Türkiyədə azərbaycanlı sürücü dəhşətli qəza törətdi - VİDEO
21 İyul 2017 Azərbaycanlı qadın müğənni İrəvanda konsert verəcək - FOTO
20 İyul 2017 Ev verilən jurnalistlərin adları açıqlanıb - TAM SİYAHI
20 İyul 2017 Jurnalistlər üçün tikilən binanın açılış mərasimi başladı
19 İyul 2017 Prezident qəzetlərə birdəfəlik maliyyə yardımı ayırıb
19 İyul 2017 Bakıda dəhşətli qəzanın VİDEOsu
19 İyul 2017 Canlı yayımda baş vermiş +18 və gülməli hadisələr - VİDEO
18 İyul 2017 “Bacanaqlar”ın Məhəbbəti ATV-dən getdi
17 İyul 2017 Bakıda sürücü yol polisinin maşınını baltaladı
17 İyul 2017 Ağır xəstə olan Könül Xasıyeva toyda oxudu - VİDEO
17 İyul 2017 Mənsimov Türkiyədəki dövlət çevrilişinə cəhddən danışdı
16 İyul 2017 Tarif Şurasının qərarı ləğv edilə bilərmi?
15 İyul 2017 Tarif Şurasının bəzi qərarları ləğv edilib
15 İyul 2017 Azərbaycanda benzinin qiyməti qalxdı - Rəsmi
14 İyul 2017 Azərbaycanda gəlin və baldız itkin düşüb - FOTO
12 İyul 2017 “Arka Sokaklar” serialında ŞOK ayrılıq
12 İyul 2017 Erməni əsgəri Azərbaycan əsgərinə məktub yazdı