b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_edliyyenazirliyi.jpg

Azərbaycan Ədliyyə Nazirliyi Quba rayon məhləməsində baş vermiş hadisə ilə bağlı açıqlama yayıb.

Missiya.Az xəbər verir ki, nazirlik məsələ ilə bağlı araşdırmalar aparıldığını və müvafiq tədbirlər görüləcəyini bəyan edib:

Sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan Nuray Bayramzadənin xalasından alınaraq atası Ə.Bayramova verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası prosesini əks etdirən videosüjet yayımlanıb.

Məlumat üçün bildirilir ki, uşağın anası 2010-cu ildə vəfat etdikdən sonra onu öz qəyyumluğuna götürən xalası M.Eldarova və nənəsi F.Xudaverdiyeva Nurayı atasına verməkdən yayınıb. Bununla əlaqədar Ə.Bayramov 2012-ci ildə Quba Rayon Məhkəməsində iddia qaldırıb və məhkəmənin qətnaməsinə əsasən uşağın atasına verilməsi qərara alınıb, həmin qətnamə həmçinin apelyasiya və Ali məhkəmələrin qərarları ilə qüvvədə saxlanılıb.

Bununla yanaşı, M.Eldarovanın uşağın atasının valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmədə qaldırdığı iddiası isə əsassız olduğundan bütün instansiya məhkəmələri tərəfindən təmin olunmayıb.

Bundan sonra uşağın atasına verilməsi barədə qanuni qüvvəyə minmiş qətnamənin icrası üzrə tədbirlər həyata keçirilərkən qarşı tərəfə edilmiş xəbərdarlıqlara, profilaktik söhbətlərə və izahlara baxmayaraq onlar məhkəmə qətnaməsini könüllü icra etməyib, icradan qərəzli yayınıb, N.Bayramzadənin yerini gizli saxlayıblar. Bununla əlaqədar icra məmuru tərəfindən müvafiq qərar qəbul edilərək uşağın və cavabdehlərin axtarılması üzrə tədbirlər görülüb.

Axtarış tədbirləri nəticəsində uşağın yeri müəyyən olunaraq icra 2016-cı il dekabrın 7-nə təyin edilib. İcra prosesində qanunvericiliyə uyğun olaraq hər iki tərəfin, eləcə də rayon icra hakimiyyətinin, təhsil şöbəsinin qəyyumluq və himayəçilik orqanının nümayəndələri, polis əməkdaşları, psixiatr, məsləhətçi-psixoloq iştirak ediblər.

Videoçəkilişdən göründüyü kimi, icra prosesində mübahisə uşağın atası və qarşı tərəf arasında yaranıb. O da bildirilir ki, icra prosesi başa çatdıqdan və tərəflər icra qurumunu tərk etdikdən dərhal sonra uşaq atası Ə.Bayramovdan zorla alınaraq xalasına qaytarılıb və həmin vaxtdan onunladır. Bu fakt hazırda Quba rayon polis şöbəsində araşdırılır.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyində xidməti yoxlama aparılır və nəticəsi üzrə qanunamüvafiq tədbirlər görüləcək.

22 İyul 2017 Prezident mətbuat günü ilə bağlı paylaşım etdi - FOTO
22 İyul 2017 Bilgəh çimərliyində faciə: 20 yaşlı oğlan öldü
22 İyul 2017 Bakıda maraqlı hadisə - Avtomobilin nömrəsinə “seks” yazıldı - FOTO
22 İyul 2017 Türkiyədə azərbaycanlı sürücü dəhşətli qəza törətdi - VİDEO
21 İyul 2017 Azərbaycanlı qadın müğənni İrəvanda konsert verəcək - FOTO
20 İyul 2017 Ev verilən jurnalistlərin adları açıqlanıb - TAM SİYAHI
20 İyul 2017 Jurnalistlər üçün tikilən binanın açılış mərasimi başladı
19 İyul 2017 Prezident qəzetlərə birdəfəlik maliyyə yardımı ayırıb
19 İyul 2017 Bakıda dəhşətli qəzanın VİDEOsu
19 İyul 2017 Canlı yayımda baş vermiş +18 və gülməli hadisələr - VİDEO
18 İyul 2017 “Bacanaqlar”ın Məhəbbəti ATV-dən getdi
17 İyul 2017 Bakıda sürücü yol polisinin maşınını baltaladı
17 İyul 2017 Ağır xəstə olan Könül Xasıyeva toyda oxudu - VİDEO
17 İyul 2017 Mənsimov Türkiyədəki dövlət çevrilişinə cəhddən danışdı
16 İyul 2017 Tarif Şurasının qərarı ləğv edilə bilərmi?
15 İyul 2017 Tarif Şurasının bəzi qərarları ləğv edilib
15 İyul 2017 Azərbaycanda benzinin qiyməti qalxdı - Rəsmi
14 İyul 2017 Azərbaycanda gəlin və baldız itkin düşüb - FOTO
12 İyul 2017 “Arka Sokaklar” serialında ŞOK ayrılıq
12 İyul 2017 Erməni əsgəri Azərbaycan əsgərinə məktub yazdı