hjhkhkkhkhhkj.jpg

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Missiya.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumaat görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 53 yaşlı Azad Məmmədov saxlanılıb. A.Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, ona məxsus iki ədəd patron, ümumi çəki 41, 278 qram narkotik vasitə tiryək və iki kibrit qutusunda ümumi çəkisi 11,69 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd plastik qabda ümumi çəkisi 275 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Qeyd edək ki, A.Məmmədov 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zaman konvoy mühafizəsi altından qaçmış, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərəsizləşdirilən Etibar Məmmədovun ("Qoca" ləqəbli) qardaşıdır.

21 Fevral 2020 Türkiyəni dəhşətə gətirən hadisənin görüntüləri yayıldı - VİDEO
21 Fevral 2020 DTX Neftçalada nəyi araşdırır? – Saxlanılanların siyahısı, maraqlı detallar
21 Fevral 2020 Türkiyə şəhidlərin qisasını almaq üçün hərəkətə keçdi - VİDEO
20 Fevral 2020 Azərbaycanda daha iki vəzifəli şəxs həbs edildi - Rüşvət alarkən
20 Fevral 2020 Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO
20 Fevral 2020 DTX Neftçaladakı əməliyyatla bağlı məlumat yaydı
20 Fevral 2020 Saxlanılan icra başçısı seçkilərə müdaxilə edib? - RƏSMİ
20 Fevral 2020 Sevgilisi ilə mübahisə edən kişi özünü öldürdü - Azərbaycanda dəhşət - VİDEO
20 Fevral 2020 Koronavirusa görə telefonların qiyməti kəskin bahalaşdı - 150 dollar fərq - VİDEO
19 Fevral 2020 Azərbaycanda seçki dairəsinin sədri dünyasını dəyişdi
19 Fevral 2020 DİQQƏT! Bu ərazidə kütləvi şəkildə qızdırma və suçiçəyi yayılıb
19 Fevral 2020 Bu nazirliklərdə çalışan doqquz vəzifəli şəxs işdən çıxarıldı - RƏSMİ
19 Fevral 2020 Bakıda canavar hücum edən kişi: "Boğub öldürdüm sonra yandırdım" - VİDEO
18 Fevral 2020 İlham Əliyevdən BNA rəhbərinə parkinqlə bağlı irad: "Qanun qarşısında hər kəs bərabərdir"
18 Fevral 2020 Azərbaycanda bank rəhbərinin oğlu 17 yaşında dünyasını dəyişdi - FOTO
18 Fevral 2020 Ləman və Afətlə bağlı REAL TV-dən AÇIQLAMA
18 Fevral 2020 “Sədərək” ticarət mərkəzi yanır - VİDEO
17 Fevral 2020 Elza Seyidcahan: 'Məni taxta ilə döyürdülər" - VİDEO
17 Fevral 2020 Seçkidə ikinci olan namizədin xalqını birinci görmək arzusu
17 Fevral 2020 “Prezidentimiz vətəndaşlara qürur hissi yaşatdı” – Ramin Əhmədov