b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1564998272_1561801669451363895_1000x669-1.jpg
Bakıda və Abşeronda əsən güclü şimal-qərb küləyi sabah - avqustun 6-da gündüz tədricən mülayimləşəcək.   

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Missiya.Az-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 25-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan daxilində 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
 
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 6-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 6-7-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
16 Noyabr 2019 Döyüldüyünü iddia edən Güləli Fərziyevlə bağlı rəsmi açıqlama - "Qanunazidd tələblər irəli sürür"
16 Noyabr 2019 Azərbaycanda bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - Baş nazirdən qərar
16 Noyabr 2019 Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü
16 Noyabr 2019 İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında - FOTO
15 Noyabr 2019 Qaz sayğacları ilə bağlı MÜHÜM AÇIQLAMA
15 Noyabr 2019 Vilayət Eyvazov İnterpola rəis TƏYİN ETDİ
13 Noyabr 2019 Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ
12 Noyabr 2019 Prezidentdən 5 icra başçına xəbərdarlıq: "Əgər bunu etsəniz cəzanızı alacaqsınız"
12 Noyabr 2019 Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO
11 Noyabr 2019 Ülvi Qılıncdan ŞOK sözlər: "Öləcəyim günü və necə öləcəyimi bilirəm" - VİDEO
11 Noyabr 2019 Qazaxda toy karvanında silahdan atəş açıldı - VİDEO
09 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
09 Noyabr 2019 Mehriban Əliyevadan Bayraq Günü paylaşımı - VİDEO
09 Noyabr 2019 Azərbaycanda Dövlət Bayrağı günüdür
08 Noyabr 2019 Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıblar
08 Noyabr 2019 Bakıda 8-ci sinif şagirdinin başı kəsilib? - POLİSDƏN AÇIQLAMA
08 Noyabr 2019 “Yeni Müsavat” 30 yaşında - YUBİLEY REPORTAJI
08 Noyabr 2019 Əhaliyə ŞAD XƏBƏR: İkimərtəbəli metro stansiyası tikiləcək
08 Noyabr 2019 Azərbaycanda 6 bal gücündə zəlzələ - Bu rayonlar silkələndi
07 Noyabr 2019 Evsizlərə ŞAD XƏBƏR - Bu şəxslər güzəştlə mənzil ala biləcək - SİYAHI