b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ggghjjhhjh.jpg

Bakı Metropolitenindən istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, qeydə alınan videogörüntülər metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən araşdırılıb və həmin şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib.

Şöbənin baş inspektoru Amil Səmədovun sözlərinə görə, Daxili İşlər Nazirliyi və Baş Polis İdarəsinin rəhbərliyinin göstərişi əsasında axtarış tədbirləri həyata keçirilib:

“Müəyyən edilib ki, həmin görüntülər 14 iyul 2019-cu il tarixindən 15 iyul 2019-cu il tarixinə keçən zaman “28 May” - “Həzi Aslanov” xətti üzrə hərəkət edən vaqonda lentə alınıb. Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metrodan istifadə qaydalarını pozan Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu saxlanılaraq şöbəyə gətirilib”.

Polis Şöbəsinə gətirilən şəxs etdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.

Faktla bağlı C.Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4-cü (Metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə) maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.

10 Dekabr 2019 Bakıda ticarət mərkəzi yanır - VİDEO
09 Dekabr 2019 Naxçıvan Ali Məclisi buraxıldı - SƏRƏNCAM
09 Dekabr 2019 Prezident iki köməkçisinə əlavə vəzifə verdi - SƏRƏNCAM
09 Dekabr 2019 “Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu
09 Dekabr 2019 Fədayə Laçın 1 saatda qazandığı pulun məbləğini açıqladı - VİDEO
09 Dekabr 2019 Yağışlı havada Bakıda baş verən ağır qəzalar - ANBAAN VİDEO
07 Dekabr 2019 Ramin Əhmədov Fəxri Fərmanla təltif olundu - FOTO
07 Dekabr 2019 Aygün xanım üçün ən böyük sevinc o gün olacaq
06 Dekabr 2019 Əli Əsədovdan dövlət ümumtəhsil məktəbləri ilə bağlı QƏRAR
06 Dekabr 2019 Azərbaycanlıya Pentaqonda yüksək vəzifə verildi - FOTO
06 Dekabr 2019 Vilayət Eyvazov sosial şəbəkələrlə bağlı göstəriş verdi
05 Dekabr 2019 Sabah Azərbaycanda 650 min ağac əkiləcək
05 Dekabr 2019 MİDA-ya yeni TƏYİNAT
05 Dekabr 2019 “Milli Amal” könüllüləri – Abşeronun pərvanələri
05 Dekabr 2019 Mədət Quliyev generala VƏZİFƏ VERDİ
04 Dekabr 2019 İlham Əliyev yeni təyin etdiyi icra başçıları ilə görüşdü - FOTO
04 Dekabr 2019 Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub - FOTO
04 Dekabr 2019 Prezident yeni icra başçıları təyin etdi - SƏRƏNCAM
04 Dekabr 2019 "Bakı Metropoliteni" bina tikintisini dayandırdı - Vətəndaşlar mənzilsiz qaldı - VİDEO
03 Dekabr 2019 Prezident Elşad Mirbəşir oğluna vəzifə verdi - SƏRƏNCAM