ddddddfdddf.jpg
“Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi müasir tariximizdə yeni mərhələnin başlanmasına səbəb oldu. Heydər Əliyev Azərbaycan Sovet Sosialist Respublikasında hakimiyyətə gələnə kimi İttifaqın ən kasıb respublikalarından biri idik. Torpağımız münbit, təbii sərvətlərimiz bol idi. Yalnız həmin imkanları kapitala çevirə biləcək liderə ehtiyac duyulurdu. Heydər Əliyev bu məsuliyyəti öz üzərinə götürdü və qısa müddətdə Azərbaycan qol-budaq açdı, xalqın rifahı yaxşılaşdı, bütün sahələrdə sürətli inkişaf dövrü başladı”.

Missiya.Az 
xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı danışarkən deyib.

1969-cu ildən sonra Azərbaycanda həm iqtisadi-siyasi, həm də sosial-mədəni sahədə intibah dövrünün başladığını deyən R.Əhmədov həmin illərdə Respublikada görülmüş işlərdən söz açıb: 
“Yeni yollar çəkildi, zavodlar, fabriklər işə salındı, yüzlərlə mədəniyyət mərkəzləri tikildi, Bakıda xüsusi memarlıq üslubu ilə fərqlənən binalar inşa edildi, onlarla yeni qəsəbələr salındı, minlərlə vətəndaşımız dövlətdən pulsuz ev aldı. Ulu Öndər zavodlarda, fabriklərdə və kənd təsərrüfatı sahələrində çalışan insanlara xüsusi qayğı ilə yanaşırdı. O, həmişə milli kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verib. Məhz Heydər Əliyevin sayəsində minlərlə gənc təhsil almaq üçün Sovet İttifaqının müxtəlif respublikalarına göndərilirdi. Həmin kadrlar vətənə dönüb müxtəlif sahələrdə işlə təmin olunurdular”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_406293498.jpg

R.Əhmədov qeyd edib ki, Heydər Əliyevin Azərbaycan xalqı üçün etdikləri heç vaxt unudulmayacaq: “Sovet İttifaqının rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin uğurlarını həzm edə bilmirdilər. Onun Azərbaycan xalqının mənafeyinə xidmət edən addımlar atması, Respublikanın inkişafı üçün zəruri olan proqram və layihlərin qəbul olunması üçün əsl fədakarlıq nümunələri sərgilməsi çoxları tərəfindən qısqanclıqla qarşılanırdı. Dəfələrlə müxtəlif təzyiqlərə məruz qalıb. Amma Heydər Əliyevin ürəyindəki vətən sevgisini heç bir güc söndürə bilməyib. İllər ötəcək, dövrlər dəyişəcək, lakin Heydər Əliyevin bu ölkənin inkişafı və xalqın rifah halının yüksəldilməsi naminə gördüyü işlər heç vaxt yaddaşlardan silinməyəcək. Heydər Əliyev tarix yazıb! Bu tarix həmişə məktəblilərə, gənclərə qəhramanlıq salnaməsi kimi tədris olunacaq”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_xcbvchgfjhj.jpg

Heydər Əliyevin 20 Yanvar faciəsilə bağlı Sovet İttifaqının rəhbərliyinə sərt etirazını xatırladan R.Əhmədov Ulu Öndərin həmin dövrdə həyatını risk altına atdığını və xalqının ağır günlərində gerçək bir qəhrəmanlıq nümunəsi yaratdığını qeyd edib: “Özünü və ailə üzvlərini müxtəlif ağır təzyiqlərə məruz qoydular. Səhhətində ciddi problemlər baş qaldırdı. Lakin bütün bunlara baxmayaraq o, geri durmadı, sona qədər xalqın sözünü dedi, xalqın mövqeyini müdafiə etdi. Hər bir Azərbaycan vətəndaşı müstəqilliyimizin bərpa olunmasında Heydər Əliyevin misilsiz xidmətlərini yüksək qiymətləndirir. Heç kəs unutmur ki, üç rəngli bayrağımızı ilk dəfə məhz Heydər Əliyev rəsmi dövlət qurumunun üzərində dalğalandırıb və onu Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi təsdiq edib. Ulu Öndər bu addımı atanda Sovet İttifaqı hələ süquta uğramamışdı”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_yenilik.jpg

R.Əhmədov dahi liderin davamçısı, prezident İlham Əliyevin də gördüyü işlərdən bəhs edib. O bildirib ki, Ulu öndərin yaratdığı siyasi kurs bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün Azərbaycan dünyanın ən sabit dövlətlərindən biridir. Ölkəmizdəki sabitliyin təməlində xalq-iqtidar birliyi, xalqın Prezidentə inanı və Prezidentin əhaliyə göstərdiyi diqqət və qayğı dayanır. Əminliklə deyə bilərik ki, bu birlik heç vaxt sarsılmayacaq! Xalq öz inkişaf yolunu seçib. Bu yoldan xalqımızı heç bir qüvvə ayıra bilməz”.

Missiya.Az
 
19 İyul 2019 Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət orkestr yaradılıb
19 İyul 2019 Bakıda inanılmaz hadisə: dənizdə boğulub "ölən" gənc ayıldı
19 İyul 2019 “FaceApp” haqqında yayılan iddialara cavab verdi
19 İyul 2019 Bakıda bu şəxslər 500 manat cərimələnəcək - Polisdən XƏBƏRDARLIQ
17 İyul 2019 Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
17 İyul 2019 Baş prokurorluq Elinanın ölümü ilə bağlı açıqlama yaydı
17 İyul 2019 Bakıda bu məktəblər söküləcək
16 İyul 2019 Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO
16 İyul 2019 Bakı metrosunda siqaret çəkən şəxs saxlanıldı - VİDEO
16 İyul 2019 Sabirabad bazarındakı dəhşətli yanğının təfərrüatı
15 İyul 2019 Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
15 İyul 2019 “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” - VİDEO
14 İyul 2019 Budağı qırılan Xan çinarın tarixi - Gövdəsi 7.3, hündürlüyü 34 metr...
12 İyul 2019 Masallıda baş verən dəhşətli qəzanın tükürpərdici məqamları - VİDEO
11 İyul 2019 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
11 İyul 2019 Prezident Rəsulzadənin nəvəsini təltif etdi
10 İyul 2019 Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı olub - VİDEO
10 İyul 2019 İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü
10 İyul 2019 “Pişik sıçanla oynayır və hər an udmağa hazırdır” - Saakaşvili
10 İyul 2019 Mərkəzi Gömrük Hospitalının əməkdaşları Türkiyədə təkmilləşdirmə kursu keçir