1491900884_276574.jpg
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Missiya.Az xəbər verir ki, sərəncam Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Sərəncama əsasən, Kəngərli rayonunda icbari tibbi sığorta tətbiq edilib, Kəngərli Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini təsdiqləmək və icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il avqustun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etmək, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Kəngərli Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il avqustun 1-dən 50 faiz artırılmasını təmin etmək tapşırılıb. Eyni zamanda bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Kəngərli Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
20 İyul 2019 AzTV reallığı: Dağılan steriotiplər və köhnələrin hay-küyü
20 İyul 2019 İlham Əliyev idmançılara pul mükafatı verdi
20 İyul 2019 "Dövlətimiz nə qədər güclü olarsa, diaspor da bir o qədər dayanıqlı olar" - Hikmət Cavadov (Video)
20 İyul 2019 Putin: Yorulsaydım, prezidentliyə namizədliyimi irəli sürməzdim
20 İyul 2019 İrandan gözlənilməz həmlə - İngiltərə tankerini ələ keçirdilər
19 İyul 2019 Düşmənə məhəbbət, dövlətə nifrət – Bu kin, bu qərəz haradandır?
17 İyul 2019 Mühacir biznesi - AXCP fəalının sensasion səs yazısı - AUDİO
17 İyul 2019 Bu ərazilərdə gecəyə qədər su olmayacaq
17 İyul 2019 “Dövlətimizi aşağılamağa çalışanların milli qüruru yoxdur” – Ramin Əhmədov
17 İyul 2019 Azərbaycanda maraqlı toy – Hər kəsin gözü önündə ... – VİDEO
16 İyul 2019 "Ədavət toxumu səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək" - Əli Həsənov
16 İyul 2019 Saakaşvili gürcü və Azərbaycan xalqlarına müraciət etdi
16 İyul 2019 Aparıcı Fira uşaqlarının otağına kamera qurdu: baxanda ŞOKA DÜŞDÜ - VİDEO
15 İyul 2019 Saakaşviliyə Baş nazir postu təklif edildi - VİDEO
15 İyul 2019 Bakıda məşhur ticarət mərkəzi yanır
15 İyul 2019 DİN əhaliyə müraciət etdi - 30 manat cərimələncəksiniz
14 İyul 2019 Xan çinarının qırılması nəticəsində yaralananların adları açıqlandı - SİYAHI
14 İyul 2019 Prezident Şəkidə baş vermiş hadisəni nəzarətə götürdü, FHN helikopter göndərdi
13 İyul 2019 Vilayət Eyvazovdan daha bir - TƏYİNAT
13 İyul 2019 Goranboydakı atışma ilə bağlı - RƏSMİ MƏLUMAT