b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1562223927_127441_6nzypc7mvr.jpg

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov özünün aylıq əmək haqqının 50 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.

Bu barədə Missiya.Az-a partiyadan məlumat verilib. 


Ə.Əhmədov eyni zamanda YAP üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib.


Məlumata görə, Ə.Əhmədovun bu təşəbbüsünü alqışlayan YAP üzvləri, eləcə də partiyanın üzvü olmayan insanlar böyük ruh yüksəkliyi ilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasında iştirak edirlər. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri kütləvi şəkildə bu təşəbbüsə qoşularaq Azərbaycan Ordusuna yüksək dəstək nümayiş etdirirlər.


Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərən insanlar sosial şəbəkələrdəki paylaşımlarında bildirirlər ki, Vətən, xalq sözlərini əllərində bayraq edərək, süni şəkildə ictimai narazılıq yaratmağa, sabitliyi pozmağa cəhd edən bəzi dırnaqarası varlıqlara Əli Əhmədovun bu təşəbbüsü tutarlı cavab olub.


Bu gün Azərbaycanda yüksəlişin və inkişafın simvoluna çevrilmiş Yeni Azərbaycan Partiyasında Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyası əsl vətənpərvərlik nümunəsi və böyük ruh yüksəkliyi ilə davam edir.


Qeyd edək ki, bir müddət əvvəl Ə.Əhmədov özünün rəsmi facebook səhifəsində "Silahlı Qüvvələrə Yardım Fonduna dəstək üçün xeyriyyə aksiyası keçirək” sərlövhəli paylaşımında müharibə vəziyyətində, bir milyondan çox məcburi köçkün və qaçqını olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblərin olduğunu bildirib.


YAP-ın dəfələrlə bu cür aksiyalar keçirdiyini xatırladan Baş Nazirin müavini Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fondu üçün xeyriyyə aksiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

18 Oktyabr 2019 Bələdiyyə seçkilərinin vaxtı açıqlandı
18 Oktyabr 2019 Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
18 Oktyabr 2019 "Maşın"ın qalibi o oldu - Ad açıqlandı
18 Oktyabr 2019 İlham Əliyev: Köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır - VİDEO
18 Oktyabr 2019 Əli Kərimlinin məqsədi ortaya çıxdı - Səs yazısı yayıldı - VİDEO
18 Oktyabr 2019 İlham Əliyev Xalq artistinə ev verdi
16 Oktyabr 2019 Prezident yeni dövlət qurumu yaratdı - Fərman
16 Oktyabr 2019 "Traktor Sazi"nin oyunçusu cəzalandırıldı - Türkiyəyə görə - VİDEO
16 Oktyabr 2019 Avtomobili olanlara şad xəbər - Azərbaycanda ilk - YENİLİK
15 Oktyabr 2019 Notr Dam kilsəsindəki yanğın barədə serial hazırlanır - VİDEO
15 Oktyabr 2019 Bakıda kişi qonşusunu güllələdi
14 Oktyabr 2019 Prezidentin diplomatik zərbəsi Ermənistanın Baş nazirini “siyasi nokaut”a saldı
14 Oktyabr 2019 İranla sərhəddə insident - Hərbi qulluqçu bıçaqlanıb - FOTOLAR
13 Oktyabr 2019 Prezident ailəsinin istirahətdən səmimi FOTOLARI
12 Oktyabr 2019 Ronaldo karyerasında 700-cü qolunu vurub
11 Oktyabr 2019 "Azərbaycan da öz ərazilərində anti-terror əməliyyatı aparacaq" - Əli Həsənov
10 Oktyabr 2019 Prezident Türkmənistana getdi - FOTO
10 Oktyabr 2019 Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yandı
10 Oktyabr 2019 Azərbaycanda DƏHŞƏT - Qadını ata bağlayaraq sürüdülər
09 Oktyabr 2019 Azərbaycanda təzə gəlin ailəsi kasıb olduğuna görə döyüldü