b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_president_bulvar_180219_10_700x390.jpg
Prezident İlham Əliyev sosial sahədə növbəti inqilabi sərəncamlara imza atıb. Yeni sərəncamlarla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən bir çox təşkilatlarda çalışan rəhbər və digər işçilərin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Azərbaycan Respublikası Fövqəladə Hallar və Müdafiə nazirliklərinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb. Sərəncamlar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib. 

Müşahidələr göstərir ki, Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl və davamlı xarakter daşıyır. İmzalanan sərəncamlar 2019-cu ilin əvvəlindən başlanğıc götürmüş sosial paket çərçivəsində həyata keçirilir. İlin əvvəlindən bu günə qədər şəhid ailələrinin, məcburi köçkünlərin, Qarabağ əlillərinin və fiziki qüsurlu şəxslərin müavinətləri nəzərəçarpacaq dərəcədə artırılıb. Həmçinin problemli kreditlərlə bağlı məsələ kökündən həll edilib. 2019-cu ilin əvvəlindən prezidentin elan etdiyi sosial paketdən 3 milyona yaxın insan yaralanıb. Bu il ərzində vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə onlarla sərəncam imzalanıb. Bu məqsədlər üçün 1.5 milyard manat pul ayrılıb.

Prezidentin minimum əməkhaqqı məbləğini 40 faizə yaxın artırması (minimum əmək haqqı 250 manata çatdırılıb) özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaqdır.

Ölkə başçısı çıxışlarında daim sosial sahənin gücləndirilməsinə diqqəti daha da artırılacağını bəyan edib. Prezidentdən stat: “Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_11111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111.jpg

Prezident imzaladığı sərəncamlarla "Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır" fikirini təsdiq edir. Ölkə başçısı İlham Əliyevin imzaladığı inqilabı sosial paketlər cəmiyyət və siyasətçilər tərəfindən də alqışlanır.

Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədovun sözlərinə görə, Prezidentin ard-arda imzaladığı sosial paketlər islahatların mövsümi xarakter daşımadığını göstərir: “Ölkə başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan sosial dövlətdir və ölkəmizdə sosial dövlət modeli həyata keçirilir. Maaşların, pensiyaların, müavinətlərin və təqaüdlərin bir il ərzində bir neçə dəfə artırılması əhalinin sosial durumuna ciddi şəkildə təsir edəcək və insanların alıcılıq qabiliyyətini artıracaq. Atılan addımlar həmçinin Azərbaycan əhalisini dünyada baş verən mənfi iqtisadi tendensiyalardan kənarda qoyur. Proseslər göstərir ki, aparılan sosial siyasətin alternativi yoxdur. Ölkəmiz inkişaf, tərəqqi yolunu seçib və elan olunduğu kimi 2019-cu il müasir Azərbaycan tarixində islahat ili kimi yaddaşlara həkk olunacaq”.

Ölkə başçının hakimiyyətə gəldiyi ildə bəyan etdiyi sosial, iqtisadi və siyasi hədəflərinə bir-bir çatdığını deyən Ramin Əhmədov bildirib ki, Azərbaycanın iqtisadi gücü artıqca insanların sosial vəziyyəti daha da yaxşılaşdırılacaq: “Ötən dövr ərzində də bu tip sərəncamlar imzalanıb. Ölkə başçısının 15 illik fəaliyyətini təhlil etsək görərik ki, o, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına daim diqqət göstərib. Yaxın tarixdə prezidentin təşəbbüsü ilə bir çox sosial layihələr həyata keçirilib. Hazırda imzalanan sərəncamlar həmin islahatlar paketinin davamıdır”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111.jpg

Ramin Əhmədov bildirib ki, dünyanın bir çox ölkələri maliyyə çatışmazlığı ilə üzləşdiyi bir vaxtda Azərbaycanda ard-arda sosial sərəncamların imzalanması ölkəmizin iqtisadi gücünün göstəricisidir: “Regionumuza nəzər yetirək. Sərhədlərimizdəki bəzi ölkələrdə iqtisadi və siyasi gərginlik hökm sürür. Belə bir dövrdə Azərbaycan sabitlik, çiçəklənmə adası kimi dünyaya nümunə göstərilir. Müşahidələr göstərir ki, böhran səbəbindən bir çox dövlətlərdə əhalinin sosial təminatı ilə bağlı həyata keçirilən layihələr təxirə salınır. Hətta maaş və pensiyalar azaldılır. Azərbaycanda isə əksinədir. Demək olar ki, hər ay Prezident əhalini sevindirir. Bütün bu faktlar göstərir ki, İlham Əliyev daim vətəndaşı düşünür, onun sosial problemlərinin kökündən həll olunması üçün addımlar atır”.

YAP rəsmisi vurğulayıb ki, Prezidentin imzaladığı sosial layihələr siravi vətəndaşın daha təminatlı gələcəyə inamını artırır: “Mən YAP təmsilçisi kimi daim vətəndaşlarla söhbət edirəm. Xalqın ölkə başçısına inamı sonsuzdur. Prezidentin imzaladığı sosialyönümlü sərəncamları əhali sevinclə qarşılayır. Siravi vətəndaş bilir ki, dövlət vətəndaşının yanındadır. Bütün atılan addımlar xalqla iqtidarin birliyini daha da möhkəmləndirir. Xalq əmindir ki, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan daha böyük iqtisadi və siyasi uğurlara imza atacaq”.


Missiya.Az

18 Oktyabr 2019 Mehriban Əliyeva xalqı təbrik etdi
18 Oktyabr 2019 14 il əvvəlki təxribat və növbəti cinayətə çağırış
17 Oktyabr 2019 "Əli Kərimli çaxnaşma görüntüsü yaradıb, müəyyən dairələrə mesaj ötürməyə çalışır" - Yeganə Hacıyeva
17 Oktyabr 2019 Vilayət Eyvazov generalı təqaüdə göndərdi -FOTO
17 Oktyabr 2019 “Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir” - Siyavuş Novruzov
17 Oktyabr 2019 "Prezidentin çıxışı gələcək inkişaf hədəflərimizi göstərdi"- Ramin Əhmədov
17 Oktyabr 2019 "Maşın şou"da qalmaqal: "Əlini götür get..." - VİDEO
16 Oktyabr 2019 Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 2019 ‘Gənc, savadlı kadrları işə cəlb edin’ – Prezidentdən Baş Nazirə tapşırıq
16 Oktyabr 2019 Milli Şuranın mitinqinə icazə verildi - Bu ərazidə
16 Oktyabr 2019 Əli Kərimlinin canlı yayımında rüsvayçı başlıq – Mitinqə söyüşlü çağırış - FOTO
15 Oktyabr 2019 "İlham Əliyev verdiyi hər bir vədi yerinə yetirib" - Ramin Əhmədov
14 Oktyabr 2019 AzTV-də nələri gördük? - Nicat Dağlar yazır
14 Oktyabr 2019 Rəcəb Tayyib Ərdoğan Azərbaycandadır - Prezidentlə görüşdü - FOTO
14 Oktyabr 2019 Suriya əsgərləri Türkiyə ordusuna qarşı döyüşə gedir - Gözlənilməz manevr - VİDEO
12 Oktyabr 2019 DİN avtomobillərini satışa çıxarır - “BMW 320”, “Mercedes Benz E500”...
11 Oktyabr 2019 İlham Əliyev MDB Dövlət Başçılarının sammitində - FOTO
11 Oktyabr 2019 Fuad Qəhrəmanlı qızlarından imtina etdi - Həyat yoldaşını və qızını evdən qovdu
10 Oktyabr 2019 Noyabrda ardıcıl 3 gün iş olmayacaq
10 Oktyabr 2019 Paşinyan məşhur porno ulduzla bir arada: "Tez-tez gələcək"