b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ordumuz2.jpg

Son günlər cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Gərginləşmə hər iki tərəfin itki verməsi ilə müşahidə olunur. Həmçinin Azərbaycan və Ermənistan ordusu ard-arda genişmiqyaslı təlimlərə start verib.

Hazırda Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə 10 min hərbçinin iştirakı ilə təlimlər keçirdiyinə dair məlumatlar yayılır. Təlimlərin davam etdiyi ərəfədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda təşkil olunacaq görüşünə ciddi hazırlıq görülür. 

Belə bir məqamda hər iki tərəf kəskin müharibə bəyanatları səsləndirirlər. Zakir Həsənov da bu gün keçirdiyi mətbuat konfransında da müharibə mövzusuna geniş yer verib. Müdafiə naziri ordunu müharibəyə hazırlaşdırdığına işarə edib. Əlbəttə ki, Azərbaycan ordusu hər an müharibəyə hazırdır. Ordumuzun genişmiqyaslı müharibəyə başlamasına heç bir maneə yoxdur. Hərbi texnikamız, şəxsi heyətimiz havadarlarının silahlarına möhtac olan Ermənistan ordusundakından qat-qat çoxdur. Nazirin də dediyi kimi, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib. Silahlı Qüvvələrimiz 2016-cı ilin aprelində qarşı tərəfə layiqli cavab verib, işğal altında olan torpaqlarımızın bir hissəsini azad etmişdi.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1111111111111111111111111111111111111111111111111111111111111.jpg

Ümumilikdə, Azərbaycan cəmiyyəti Ordumuza güvənir və müharibənin hər an başlaya biləcəyinə əmindir.

Müşahidələr göstərir ki, bu gərginləşmə fonunda Azərbaycan cəmiyyətində müharibə əhval-ruhiyyəsi hiss olunur. Günlərdir ki, sosial şəbəkələrdə müharibə çağırışları səsləndirilir.

Azərbaycan cəmiyyəti münaqişənin tam həll olunması və torpaqlarımızın işğaldan azad edilməsi üçün hərb yolunun seçilməsini istəyir.  

Maraqlıdır, savaş çağırışları edən Azərbaycan cəmiyyəti genişmiqyaslı müharibəyə hazırdırmı?

Hərbi ekspert Üzeyir Cəfərov Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyəti müharibəyə hazır deyil: “Müdafiə naziri Zakir Həsənov bu gün keçirdiyi mətbuat konfransında maraqlı bir məqama toxundu. Zakir Həsənov deyib ki, “Biz icraçıyıq, nə vaxt tapşırıq verilsə, biz həmin tapşırığı yerinə yetirməyə hazırıq”. Azərbaycan Silahlı Qüvvələri daim döyüş hazırlığı vəziyyətindədir. Amma cəmiyyət müharibəyə hazır deyil”.

Ü.Cəfərovun sözlərinə görə, Azərbaycan cəmiyyəti 24 saat müharibə əhval-ruhiyyəsi ilə yaşamalıdır: “Çünki Azərbaycan torpaqları işğal altındadır. Regionumuzda da vəziyyət gərgindir. Həm İran, həm Rusiya, həm də Dağlıq Qarabağla bağlı ciddi proseslər baş verir. Belə bir məqamda KİV və cəmiyyət müharibə ruhunda yaşamalıdır. Amma yaşıyırlarmı? Mən deyərdim ki, xeyir!”

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1111111111111111111111111111111111111111111111111111111111111111111111.jpg

Hərbi ekspert cəmiyyətin müharibə əhval-ruhiyyəsində olmamasının səbəbkarının müvafiq qurumlar olduğunu deyib: “Müvafiq qurumlar insanları hər an baş verə biləcək hadisələrə hazırlamalıdır. Bu proses cəbhə bölgələrində intensiv şəkildə aparılmalıdır. Görürsüz düşmən torpaqlarımızda at oynadır, Ağdamda təlim keçirir”.

Üzeyir Cəfərov cəmiyyətin müharibəyə hazırlanması üçün görülməli işlərdən də danışıb: “Ümumiyyətlə insanları müharibəyə hazırlamaq üçün ilk növbədə ən müasir üsullardan biri olan mediadan istifadə etmək lazımdır. Bizim televiziyalarımız, mediamız gecə-gündüz insanların beyninə yeritməlidir ki, “Müharibə! Müharibə! Müharibə!”, “Torpaqlarımız işğal altındadır!” İyun ayıdır. Qarşıdan 26 İyun Silahlı Qüvvələr Günü gəlir. İldə 1 dəfə 24 saat deyil, 365 gün televiziyalarımız, mediamız və hər birimiz bu müharibəyə hazır olmalıyıq!”     

Elvin Məmmədov
Missiya.Az

18 Oktyabr 2019 Mehriban Əliyeva xalqı təbrik etdi
18 Oktyabr 2019 14 il əvvəlki təxribat və növbəti cinayətə çağırış
17 Oktyabr 2019 "Əli Kərimli çaxnaşma görüntüsü yaradıb, müəyyən dairələrə mesaj ötürməyə çalışır" - Yeganə Hacıyeva
17 Oktyabr 2019 Vilayət Eyvazov generalı təqaüdə göndərdi -FOTO
17 Oktyabr 2019 “Prezidentin xəbərdarlıq etdiyi məmurlar özləri istefa verməlidir” - Siyavuş Novruzov
17 Oktyabr 2019 "Prezidentin çıxışı gələcək inkişaf hədəflərimizi göstərdi"- Ramin Əhmədov
17 Oktyabr 2019 "Maşın şou"da qalmaqal: "Əlini götür get..." - VİDEO
16 Oktyabr 2019 Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 2019 ‘Gənc, savadlı kadrları işə cəlb edin’ – Prezidentdən Baş Nazirə tapşırıq
16 Oktyabr 2019 Milli Şuranın mitinqinə icazə verildi - Bu ərazidə
16 Oktyabr 2019 Əli Kərimlinin canlı yayımında rüsvayçı başlıq – Mitinqə söyüşlü çağırış - FOTO
15 Oktyabr 2019 "İlham Əliyev verdiyi hər bir vədi yerinə yetirib" - Ramin Əhmədov
14 Oktyabr 2019 AzTV-də nələri gördük? - Nicat Dağlar yazır
14 Oktyabr 2019 Rəcəb Tayyib Ərdoğan Azərbaycandadır - Prezidentlə görüşdü - FOTO
14 Oktyabr 2019 Suriya əsgərləri Türkiyə ordusuna qarşı döyüşə gedir - Gözlənilməz manevr - VİDEO
12 Oktyabr 2019 DİN avtomobillərini satışa çıxarır - “BMW 320”, “Mercedes Benz E500”...
11 Oktyabr 2019 İlham Əliyev MDB Dövlət Başçılarının sammitində - FOTO
11 Oktyabr 2019 Fuad Qəhrəmanlı qızlarından imtina etdi - Həyat yoldaşını və qızını evdən qovdu
10 Oktyabr 2019 Noyabrda ardıcıl 3 gün iş olmayacaq
10 Oktyabr 2019 Paşinyan məşhur porno ulduzla bir arada: "Tez-tez gələcək"