b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1551433222_1548930517_ilham-liyev-9.jpg

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Missiya.Az xəbər verir ki, təbrikdə bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayının dünya müsəlmanlarının ən əziz ayı olduğu bildirilir.

Qeyd edilir ki, oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır.

Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.

Vurğulanır ki, Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib, böyük alimlər və mütəfəkkirlər yetişdirib. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb.

Təbrikdə qeyd edilir ki, bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. “İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.

Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram”, - deyə dövlətimizin başçısı bildirir.

25 İyun 2019 “DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub - FOTO
25 İyun 2019 Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində - FOTO
25 İyun 2019 Prezident Ramil Usubovu qəbul etdi
25 İyun 2019 Dövlət Komitəsi “Megafun”dakı hadisə ilə bağlı valideynlərə çağırış edib
25 İyun 2019 ABŞ-la İran müharibəyə başlasa, ziyan görəcək 3-cü dövlət
24 İyun 2019 Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi
24 İyun 2019 Mehriban Əliyeva BMT Forumunun açılışında
24 İyun 2019 Gülben Ergendən Ərdoğana gözlənilməz zərbə - Tərəf dəyişdi - VİDEO
24 İyun 2019 Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
23 İyun 2019 Türkiyədə səslərin 95 faizi sayılıb - İmamoğlu qalibdir
22 İyun 2019 Bakıda gəlin qayınatasını qətlə yetirdi
22 İyun 2019 Məzunlarının ən yüksək nəticə göstərdiyi bölgələr – Siyahı
21 İyun 2019 Gəncə sakinlərindən prezidentin son sərəncamlarına reaksiya - VİDEO SORĞU
20 İyun 2019 Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
20 İyun 2019 Mədət Quliyev nazir oldu - SƏRƏNCAM
20 İyun 2019 Elinanın qəbri təhqir edildi - Yeni cinayət işi başlandı
20 İyun 2019 Bakının mərkəzində qızlar saçyolduya çıxdı - VİDEO
20 İyun 2019 Məşhur xanəndəmiz Türkiyədə vəfat etdi - VİDEO
20 İyun 2019 İran ABŞ-a məxsus pilotsuz aparatı vurub
20 İyun 2019 Məmmədyarov Pompeonun iki köməkçisi ilə görüşdü