b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ggggghhgghgh.jpg

Mayın 31-də Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi keçirilib.

Missiya.Az xəbər verir ki, paytaxtın Polşa memarları küçəsində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda iştirak ediblər.

Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə “Polşa memarları” adı verilib. Buradakı binaların birində polşalı memarlar - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunan xatirə lövhəsi və onların memarı olduqları bir neçə binanın daşdan yonulmuş şəkilləri vurulub. Xatirə lövhələrinin müəllifi Azərbaycanın Əməkdar memarı Elbay Qasımzadədir.

Qeyd edək ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıya əcnəbi sərmayədarlarla yanaşı, tanınmış mühəndislər, inşaat üzrə mütəxəssislər də ayaq açmaqda idi. Şəhərin ərazisi genişlənir, yeni binalar inşa edilir, rayonlar meydana gəlirdi.

Bakının memarlıq simasının zənginləşməsində yerli memarlarla bərabər, əcnəbi mütəxəssislər də fəal iştirak edirdilər. Şərq üslubunu heç vaxt itirməyən şəhər, eyni zamanda, bir Avropa şəhərinə çevrilirdi. Bu məsələdə, ümumiyyətlə, o dövrkü Bakının arxitekturasında polşalı memarlar xüsusi rol oynayırdılar.

Həmin memarlar Azərbaycan paytaxtının bir sıra möhtəşəm tarixi binalarının müəllifi olublar. Məsələn, Murtuza Muxtarovun sarayı, İsmailiyyə, Bakı Şəhər İcra Hakimiyyətinin binası, Ağabala Quliyevin mülkü və bir çox tarixi binalar polşalı memarların layihələri əsasında inşa olunub.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15593018332977315112_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15593018336453545931_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15593018335905022651_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15593018335121262616_1000x669.jpg

 

17 Sentyabr 2019 Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO
17 Sentyabr 2019 İlham Əliyev gürcüstanlı naziri qəbul edib
17 Sentyabr 2019 Putin “Quran”dan sitat gətirdi - VİDEO
17 Sentyabr 2019 Nazir sərt tapşırıq verdi - Onlar həbs olunacaq
16 Sentyabr 2019 LDU-nun yeni tələbə yataqxanası və tədris korpusu açılıb - FOTO
16 Sentyabr 2019 Zakir Həsənov MİQ-29 qəzasından danışdı - VİDEO
16 Sentyabr 2019 Bəyi toyunda belə öldürdülər - Anbaan video
13 Sentyabr 2019 Mehriban Əliyeva Kürdəxanıda - FOTO
13 Sentyabr 2019 Vilayət Eyvazovdan YENİ ƏMR – Polis hərəkətə keçdi
13 Sentyabr 2019 Deputat: Jurnalistlər münaqişə zonasındakı vəziyyətlərə hazır olmalıdırlar
13 Sentyabr 2019 Bu da Mahir Əmrəlinin qarət olunan evi - VİDEO
13 Sentyabr 2019 Mehriban Əliyeva yorulmaz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb - VİDEO
11 Sentyabr 2019 Arda Turan həbs edildi - 2 il 8 ay
11 Sentyabr 2019 Altı rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb
10 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
10 Sentyabr 2019 Bu gün Aşuradır
10 Sentyabr 2019 Valideynlərə ŞAD XƏBƏR - Şagirdlərin çantaları yüngülləşdirilir - VİDEO
09 Sentyabr 2019 “Xainlərin məkirli planları məhvə məhkumdur” – Ramin Əhmədov
09 Sentyabr 2019 Azərbaycanda hər kəsi təsirləndirən eksperiment - Son pullarını əsgərə verdilər - VİDEO
09 Sentyabr 2019 "Kurtlar Vadisi" geri dönür