b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_155526294280625616_1000x669.jpg

Aprelin 14-də Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) təsis qurultayı keçirilib.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qurultaydan öncə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və qurultay iştirakçıları ümumilli lider Heydər Əliyev adına Parkda Ulu Öndərin heykəlini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Ukrayna və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə açıq elan olunan qurultayı 200 nümayəndədən 178 nəfər iştirak etdiyindən tədbir baş tutmuş elan edilib. Təsis qurultayında Ukrayna Ali Radasının deputatları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və ölkənin ictimai-siyasi xadimləri iştirak ediblər.

Diaspor təşkilatlarının birliyindən söz açan F.Muradov bildirib ki, ümumilikdə, bir çox ölkələrdə, sözügedən birliyə nail olunub. Artıq, soydaşlarımızın təşəbbüsü ilə Almaniya, Fransa, İsveçrə, Finlandiya, Hollandiya, Belçika və ABŞ-da həmvətnlərimiz koordinasiya şuralarında birləşiblər: “Bu ölkələrdə yaşayan soydaşlarımız birgə fəaliyyət göstərirlər, birgə layihələr həyata keçirirlər. Bunlar Azərbaycan diasporu tarixində bir ilk oldu. O, Ukrayna Azərbaycanlıları Radasının da bir çox uğurlara imza atacağına əminliyini ifadə edib”.

Ukrayna Ali Radasının deputatı Borislav Beryoza ölkəsinin çoxmillətli dövlət kimi tanındığından söz açaraq burada bütün millətlərə əlverişli şəraitin yaradılmasını qeyd edib.

“Ukraynada yaşayan azərbaycanlılar da ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Ukraynanın inkişafına öz töhfələrini verirlər. İnanıram ki, Azərbaycan diasporu yeni formatda daha böyük uğurlara imza atacaq”, - deyə deputat vurğulayıb. O, çıxışında Ermənistan tərəfindən işğal olunan ərazilərimizin Azərbaycana qaytarılacağına əminliyini ifadə edib.

Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrindən danışan Ali Radanın digər deputatı Qeorqiy Meparaşvili deyib ki, yeni təşkilatlanma azərbaycanlıların effektli fəaliyyətinə təkan verəcək.

Ukrayna Mədəniyyət Nazirliyinin dinlər və millətlərlə iş departamentində milli azlıqlarla iş şöbəsinin müdiri Vladimir Xodakovskiy və digərləri UAR-a fəaliyyətində uğurlar arzulayıblar.

Sonra səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. UAR-ın baş katibi isə Seyid Qədiməliyev təyin olunub. Eyni zamanda, 3 əsas təşkilatdan 5 nəfər İdarə Heyətinə üzv seçilib.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_155526294280625616_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15552629422290855809_1000x669.jpg

Ukrayna və Azərbaycan arasında dostluq əlaqələrindən danışan Ali Radanın digər deputatı Qeorqiy Meparaşvili deyib ki, yeni təşkilatlanma azərbaycanlıların effektli fəaliyyətinə təkan verəcək.

Ukrayna Mədəniyyət Nazirliyinin dinlər və millətlərlə iş departamentində milli azlıqlarla iş şöbəsinin müdiri Vladimir Xodakovskiy və digərləri UAR-a fəaliyyətində uğurlar arzulayıblar.

Sonra səsvermə nəticəsində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-ın həmsədrləri seçiliblər. UAR-ın baş katibi isə Seyid Qədiməliyev təyin olunub. Eyni zamanda, 3 əsas təşkilatdan 5 nəfər İdarə Heyətinə üzv seçilib.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.


b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15552629425995757584_1000x669.jpg

 

25 Aprel 2019 Bakıda kinoteatrın yerində müasir ticarət mərkəzi tikiləcək
25 Aprel 2019 Qadın bankdan kredit götürdüyü pulu itirdi, polis qaytardı
25 Aprel 2019 İnternetdəki “desant” dəstələri: Dövlətə qarşı vuruşan parazitlər
25 Aprel 2019 Tolik Sevdanın atasına:Üzünə tüpürərəm... - Tolik təhqir etdi
25 Aprel 2019 “WhatsApp” istifadəçilərinə - YENİ QADAĞA
25 Aprel 2019 Şri-Lankada terror törədənlər barədə yeni faktlar
24 Aprel 2019 Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi - VİDEO
22 Aprel 2019 4 yaşlı Hüseynə görə fond və icra hakimiyyəti hərəkət keçdi - VİDEO
22 Aprel 2019 "Azərbaycanı yataqda Cey Kempenə satan..." o qadın kimdir? Mirşahindən sensasion anons - VİDEO
21 Aprel 2019 Bakıda bağlanacaq yolların adları məlum olub - SİYAHI
20 Aprel 2019 Bu şəxslərin pensiyası artırılacaq - Qanuna dəyişiklik
20 Aprel 2019 Azərbaycanın aran bölgəsinə qar yağır
19 Aprel 2019 Şimşək çaxacaq, dolu düşəcək - Hava xəbərdarlığı
18 Aprel 2019 Fuad Qəhrəmanlının qızına hücumla bağlı - DİN-dən açıqlama
18 Aprel 2019 Pərvin Abıyeva sərxoş vəziyyətdə hava limanını bir- birinə qatdı - VİDEO
16 Aprel 2019 Mollalara yeni maşın verildi
16 Aprel 2019 1700 metr hündürlüyə çıxan ər-arvad dəhşət yaşadı - İldırım vurdu və... - VİDEO
15 Aprel 2019 Mərdəkandakı uşaq evi ilə bağlı şok ittiham - Nazirlik hərəkətə keçdi
15 Aprel 2019 AŞPA adlı Strasburq “bazarı” və MONSTRın bitməyən oyunları – Aqramuntu xatırlayarkən…
15 Aprel 2019 Problemli kreditləri olan vətəndaşlara ŞAD XƏBƏR