b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_53873454_294231057915620_684454131548553216_n.jpg

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev övladlığa uşaq götürmək məqsədilə Ukraynanın Sosial Siyasət Nazirliyinə müraciət edib.

Özəl mənbədən Missiya.Az-a daxil olan məlumata görə, səfir A.Xudiyev övladığa götürülməyə dair Ukrayna qanunvericiliyin tələblərinə uyğun olaraq bir müddət öncə bütün prosedurlardan keçib və hazırda onun müraciəti baxılma mərhələsindədir. Hətta məlumatlara görə, Ukraynanın Sosial Siyasət Nazirliyi tərəfindən Azərbaycanın müvafiq qurumlarına A.Xudiyevlə bağlı sorğu da göndərilib.

Ukrayna Ailə Məcəlləsinin tələblərinə görə, övladlığa uşaq götürmək məqsədilə müraciət etmiş şəxs əvvəllər məhkumluq həyatı yaşamamalıdır. Ümumiyyətlə, müraciət etmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması məsələsinə xüsusi önəm verilir. Ukraynanın Sosial Siyasət Nazirliyi də qanunvericiliyin məhz bu tələbindən çıxış edərək Azərbaycanın müvafiq qurumlarına A.Xudiyevlə bağlı sorğu göndərib.

Azərbaycan diplomatlarının xarici ölkələrdə uşaq övladlığa götürməsinə təcrübədə rast gəlinmir. Əgər A.Xudiyevin istəyi reallaşarsa, bu halda o, ilk nümunə olacaq. Maraqlıdır, Ukraynadakı səfirin həmin ölkədə uşaq övladlığa götürmək istəyindən Xarici İşlər Nazirliyinin məlumatı varmı? Ümumiyyətlə, fövqəladə və səlahiyyətli səfirlərə akreditə olunduqları ölkələrdə əcnəbi uşağı övladlığa götürmək kimi sərbəstlik verilirmi və bu kimi məsələlərdə XİN-in razılığı olmalıdırmı?

Bu suallara cavab almaq məqsədilə XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva ilə əlaqə saxladıq çalışdıq. Leyla xanım məsələni araşdıracağına və yalnız növbəti həftə cavab verə biləcəyini dedi. Eyni zamanda əlavə etdi ki, diplomatik fəaliyyətdə olan şəxslərin akreditə olunduqları ölkələrdə övladlığa uşaq götürməsi kimi hallar barədə XİN-ə məlumat verilməlidir.

A.Xidiyevin Ukraynada uşaq övladlığa götürmək istəyinin hansı zərurətdən irəli gəldiyini deyə bilmərik. Bildiyimiz ancaq odur ki, cənab səfir ailəlidir və tərcümeyi-halında 5 uşaq atası olduğu göstərilir. Belə olduğu halda onun xarici ölkədə uşaq övladlığa götürmək niyyəti başadüşülən deyil. Əgər doğrudan da cənab səfir savab iş görmək, kimsəsiz uşağa ailədə yaşamaq səadəti bəxş etmək istəyirsə, onda niyə seçimində azərbaycanlı deyil, ukraynalı uşağın üzərində dayanıb? Diplopmatik fəaliyyətdə olan şəxsi, 5 övladı olduğu halda akreditə olunduğu ölkədə əcnəbi uşağı övladlığa götürməyə hansı amillər həvəsləndirə bilər? Hər halda inandırıcı deyil ki, cənab səfir Bred Pitt və Ancelina Coli cütlüyünün yaratdığı nümunələrin təsiri altına düşərək analoji addımlar atmaq niyyətinə düşüb. Çox güman ki, arxa planda başqa məqamlar var... Ümid edirik ki, qarşıdakı günlərdə məsələnin təfərrüatlarına da aydınlıq gətiriləcək.

Qeyd edək ki, A.Xudiyevin ailə vəziyyəti ilə bağlı informasiyalar qatmaqarışıqdır. Bəzi mənbələr onun 2 uşaq atası olduğunu deyirlər.

Sonda onun da xatırladaq ki, son dövlər mətbuatda yayılan informasiyalarda sabiq səfir Tələt Əliyevə istinadən Ukraynadakı səfirliyimizin binasında naməlum ukraynalı xanımın yaşaması faktına diqqət yönəldilir. Qeyd olunur ki, diplomatik missiyaya hər hansı aidiyyatı olmayan bu xanım 3 uşaq anasıdır və övladları da onunla birgə səfirliyimizdə məskunlaşıblar. Üstəlik, həmin qadının səfirliyə məxsus diplomatik nömrəli dövlət avtomobillərindən istifadə etdiyinə dair videgörüntülər də yayılıb. Səfirlik qadının kimliyi barədə hər hansı açıqlama vermədiyindən bu məqam ətrafında mülahizələr getdikcə daha da artır.

Məsələ ilə bağlı tərəfimizdən Azərbaycanın Ukraynadakı Səfirliyinə də sorğu göndərilib. Lakin təəssüf ki, sualımıza cavab verilmədi.

21 Mart 2019 Türkmənistan blokada elan etdi - Tacikistan Azərbaycana üz tutdu
20 Mart 2019 Bakıda qonşuların davası qanla bitdi - VİDEO
20 Mart 2019 Novruz Məmmədovdan cəzaçəkmə müəssisələri ilə bağlı yeni qərar
19 Mart 2019 Nazarbayev istefa verdi - SON DƏQİQƏ
19 Mart 2019 Vicdan əzabına dözməyən türk 5 il sonra Bakıya gəlib təslim oldu - VİDEO
19 Mart 2019 KİVDF-nin 10 illik yubileyi qeyd edilib
18 Mart 2019 Kredit müqavilələrinə dair yeni qayda
18 Mart 2019 İlaxır çərşənbənin hava proqnozu - Güclü külək və leysan
18 Mart 2019 Əli İnsanov həbsdən model kimi çıxdı- Palto 3500 dollar...
17 Mart 2019 Gözəl Bayramlı və Şəmsiyyə Bəylərqızı azadlığa buraxılıb – FOTO
17 Mart 2019 "Yeni Zelandiyada məscidə hücum edən şəxs 2 dəfə Türkiyədə olub" - Ərdoğan
17 Mart 2019 Emin Milli əfvə görə Prezidentə təşəkkür etdi: Çox istəyərdim ki, Azərbaycana qayıdım
16 Mart 2019 Tanınmış məhbuslardan kimlər əfv olunub? - SİYAHİ
16 Mart 2019 Prezident Əli İnsanovu əfv etdi
16 Mart 2019 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb
16 Mart 2019 Azərbaycandan Ermənistana keçən ruhi xəstədir - Rəsmi
16 Mart 2019 Azərbaycanda əhalinin sayı açıqlandı
15 Mart 2019 "Bu zavod ilk 5 il müddətində Azərbaycana 800 milyon dolları gəlir qazandıracaq" - Baş nazir
15 Mart 2019 Vidadi Zeynalov azadlığa buraxıldı
15 Mart 2019 Afət işdən qovulan tibb bacılarına sahib çıxdı: “Maaşlarından çox pul verəcəm”