b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_416510679-800x450.jpg

Türkiyə Avropa İttifaqının üzvü olmaq üçün 2005-ci ildən bu istiqamətdə danışıqlar aparır. Birliyin üzvü olmaq üçün Avropa Komissiyası ilə danışıqlar uğurla başa çatmalı, Avropa İttifaqının üzvü olan ölkələr yekdil şəkildə buna razılıq verməlidilər.

Missiya.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “A Haber”də sualları cavablandırarkən ölkəsinin Avropa İttifaqına üzvlüyü məsələsinə toxunub. Deyib ki, danışıqların bu qədər uzun sürməsinin bir səbəbi var. Ərdoğanın fikrincə, Avropa Birliyi Türkiyəni məhz o səbəbdən öz tərkibinə qəbul etmir.

“Türkiyənin Avropa İttifaqına qəbul edilməməsinin yeganə səbəbi bizim müsəlman dövləti olmağımızdır. Gərək onlar da bunu birbaşa desinlər”, – deyə Türkiyə prezidenti bildirib.

Təxminən bir il öncə Ərdoğan bu barədə danışarkən bidirmişdi ki, Türkiyə xalqı Avropa Birliyi ilə danışıqlardan artıq yorulub və daim bu birliyə üzvlük üçün yalvarmaq niyyətində deyil. Bundan əlavə, Türkiyə prezidenti hesab edir ki, ölkəsi Avropa İttifaqının üzvü olmasa, heç nə itirməyəcək.

Bir sıra Avropa strukturları isə hesab edir ki, Türkiyə insan haqları və demokratiyanın vəziyyətinə görə hələlik bu birliyin üzvü olmağa hazır deyil.

21 May 2019 İlham Əliyev sərnişin qatarı ilə Bakıxanov və Keşlə vağzallarına gəldi
21 May 2019 Eminin “bostanı”, Kərimlinin qorxusu və əmcək kəsənlərin “demokratiyası”
20 May 2019 Prezidentdən Arif Məlikovla bağlı xüsusi - TAPŞIRIQ
20 May 2019 Vasif Talıbov yüksək vəzifəli məmuru işdən çıxardı
20 May 2019 ABŞ İraqdan üzr istədi
18 May 2019 Zelenskinin andiçməsinə gedəcək 5 prezident bəlli olub
17 May 2019 İlham Əliyev bu rayonlara yeni icra başçıları təyin etdi
17 May 2019 Prezident: "İşğalçıya kifayət qədər təzyiq göstərilmir"
17 May 2019 Siyavuş Novruzov: "Orduxan və qardaşları Qarabağı qoyub Avropaya qaçıblar" - VİDEO
17 May 2019 Prezidentdən vacib tapşırıq - Bu problem kökündən həll olunur - VİDEO
16 May 2019 Əli Əhmədov radikal müxalifətə səsləndi: Böyük faciədir
16 May 2019 Zelenskinin andiçmə mərasiminin vaxtı bəlli olub
16 May 2019 ABŞ Konqresində Türkiyəyə qarşı sanksiyalara baxılacaq
15 May 2019 İlham Əliyev və Ərdoğan telefonla danışdı
14 May 2019 Prezident İlham Əliyev Donald Tuskla görüşüb - FOTO
14 May 2019 Paşinyan İlham Əliyevlə görüşündən danışdı
13 May 2019 Brüsseldə XİN başçılarının görüşü başlayıb - VİDEO
13 May 2019 Prezidentdən Fuad Ələsgərovla bağlı SƏRƏNCAM
13 May 2019 Pompeo gözlənilmədən Moskva səfərini təxirə saldı
10 May 2019 Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət KÖMƏK ETDİ - Sarkisyandan ŞOK SÖZLƏR