b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1549276978_408244108.jpg
Könüllülük fəaliyyəti Azərbaycan gənclərinin potensialının üzə çıxarılması və səmərəli istifadə olunması üçün əlverişli imkanlar yaradır.

Missiya.Az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Feysbuk hesabında paylaşıb.


Ə. Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif toplantılarda və ictimaiyyətlə görüşlərində könüllülük fəaliyyətinin cəmiyyət üçün müsbət rolundan və əhəmiyyətindən dəfələrlə bəhs edib: “Dövlət başçısı fevralın 1-də Gənclər Gününə həsr olunmuş respublika toplantısındakı nitqində bu məsələnin üzərində xüsusi dayanıb. O, Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatını alqışladığını bildirib, dövlət təşkilatlarına və özəl sektora gənc könüllülərin işə cəlb edilməsini tövsiyə edib. Cənab Prezident vurğulayıb ki, könüllü fəaliyyət cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir, dövlət və özəl qurumlara öz funksiyalarını daha səmərəli yerinə yetirməyə imkan yaradır. Eyni zamanda müxtəlif qurumlarda könüllü fəaliyyətə cəlb olunmuş gənclər yaxşı təcrübə qazanır və onların əldə etdikləri bilik və bacarıqlar gələcəkdə peşəkar kadr ehtiyatının formalaşmasına öz töhfəsini verə bilər. Əlbəttə, könüllü şəkildə dövlətə, ictimai maraqlara təmənnasız xidmət göstərmək saf niyyətdən doğan çox nəcib bir əməldir və hər cür alqışa layiqdir. Eyni zamanda könüllü fəaliyyət gənclərə öz potensialını üzə çıxarmağa, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Bütün bunlar nəzərə alınaraq, hələ 2009-cu ildə Azərbaycanda könüllülük fəaliyyəti sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi məqsədilə “Könüllü fəaliyyət haqqında” Qanun qəbul edilib”.

Prezidentin köməkçisi qeyd edib ki, hamımız Bakıda keçirilmiş “Avroviziya” müsabiqəsi, Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışları zamanı minlərlə yeniyetmə və gəncin həmin beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində mühüm rol oynadığını yaxşı xatırlayırıq.

“Bu sahədə bir sıra dövlət təşkilatlarının və ictimai qurumların, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qızıl Aypara Cəmiyyətinin müsbət təcrübəsi vardır. Son zamanlar digər dövlət orqanları da könüllülük proqramları ilə çıxış etməyə başlayıblar. Yaxşı olardı ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini, könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, özəl və ictimai sektor, o cümlədən kütləvi informasiya vasitələri də bu prosesə fəal qoşulsun. Eyni zamanda bütün vətəndaşlarımızı, xüsusilə də gəncləri könüllülər hərəkatında yaxından iştirak etməyə çağırırıq”, - deyə o bildirib.
23 Fevral 2019 Bəşəriyyətin nə qədər ömrü qalıb? - Alimlər Qiyamətin dəqiq vaxtını açıqladılar
22 Fevral 2019 Azərbaycanlı məşhur özünü səfil qadın görkəminə salıb onunla görüşə getdi - VİDEO
22 Fevral 2019 "Onu Allaha həvalə edirəm" - Damla intim görüntüdən danışdı
22 Fevral 2019 Afiq Səfərov "Azərsun"dan getdi - Müəmmalı gəlişmə - ÖZƏL
21 Fevral 2019 Prezident Sovet İttifaqı Qəhrəmanını qəbul etdi
21 Fevral 2019 Bakıda məhkəmədə hakim və prokuror döyüldü
21 Fevral 2019 İnternetdə tanış olduğu qadını evinə çağıraraq intim münasibətdə olub işğəncə verdi - Qadına 40 tikiş vurulub - ŞOK FOTOLAR
21 Fevral 2019 Azərbaycan şahmatçısı Rusiyada ermənini “mat” qoydu
21 Fevral 2019 Paytaxt şəhərimizin köhnə vəziyyətini xatırlayaq - FOTOLAR
20 Fevral 2019 İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO
20 Fevral 2019 "Şübhəli ideologiyalara xidmət edən, antimilli ruh daşıyıcısı..." - Əli Həsənov fərqi göstərdi
20 Fevral 2019 Özçivit varlı qadınlarla görüşdü, üç saata minlərlə dollar qazandı
20 Fevral 2019 İslahatlar dalğası və müxalifətin isterikası - Millət vəkilindən AÇIQLAMA
19 Fevral 2019 Azərbaycan və Çeçenistan arasında görüş - Zabit Səmədov və Polad Bülbüloğlu bir masada
19 Fevral 2019 İlham Əliyev səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi - FOTO
19 Fevral 2019 Əhaliyə şad xəbər - Prezident vacib fərman imzaladı
19 Fevral 2019 Xəyanətin “qonorarı”, dumanlı ölkədəki havalı “Youtuber” və Turalın saxtakarlığı
18 Fevral 2019 Türkiyədə azərbaycanlı qızların "seks köləsi" olduğu evdən görüntülər - VİDEO
18 Fevral 2019 Çörək bahalaşıb? - Nazirdən açıqlama
18 Fevral 2019 Tural Sadıqlı azərbaycanlı qızı Avropaya aparıb başına oyun açdı - Mühacirlərin iç üzü açılır - VİDEO