b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_0bf61595841fcd0dc0b693b4f17c09dd.jpg

Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov Nikol Paşinyan hökumətinin hazırki siyasəti barədə yazıb.

Missiya.Az xəbər verir ki, Şarmazanov “Facebook” hesabında Ermənistan hakimiyyətini biabır edib: 

“Bizim vətənimiz üçün korrupsiyadan böyük təhlükələr yaranıb. Ölkəmizin təhlükəsizliyi təhdid altındadır. Bizim hakimiyyət balanslaşdırılmış siyasət aparırdı. Amma Nikol Paşinyan hakimiyyəti ölkəmiz üçün yeni təhlükələr yaradıb”.

Şarmazanov qeyd edib ki, təcrübəsiz və uzunmüddətli strateji hədəfi olmayan hakimiyyətin atdığı səhv addımlar nəticəsində Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşilatına (KTMT) rəhbərliyi əlindən çıxardı: “İndi isə Nikol Paşinyan parlamentin qərarı olmadan Suriyaya qoşun göndərir. Mən anlamıram, bizim ölkədə parlament yoxdur? Kim nə istəyir, edə bilər? Belə davam etməz”.

Keçmiş vitse-spiker sözlərinə görə, Paşinyanın yalnış qərarları Ermənistanın və Qarabağın təhlükəsizliyini təhdid edir: “Paşinyan əsgər ölümlərini gizlədir. Bununla bərabər, Suriyaya qoşun göndərir. Çox gülməlidir. Bura Ermənistan Respublikasıdır, “uşaq baxçası” deyil”,- deyə Şarmazanov qeyd edib.

Qeyd edək ki, Şarmazanov keçmiş prezident Serj Sarkisyanın ən yaxın adamlarından hesab edilir. Onun Ermənistanın devrilən Respublikaçılar partiyasında böyük nüfuzu var. 

Elvin
Missiya.Az

 

22 Fevral 2019 İran prezidenti ingilis kəşfiyyatına işləyir - Deputatdan şok iddia
21 Fevral 2019 Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından iki il keçir
21 Fevral 2019 Ordumuz Ermənistan PUA-sını məhv etdi - FOTO
21 Fevral 2019 Vaşinqton Ermənistan XİN rəhbəri ilə görüşdən imtina etdi
21 Fevral 2019 İlham Əliyev sərəncam imzaladı
21 Fevral 2019 XİN-dən Elşad İskəndərovun Türkiyəyə buraxılmaması xəbərinə – REAKSİYA
20 Fevral 2019 Prezident: Milyardlarla dollarlıq sərmayə cəlb etdik, yeni iş yerləri açdıq
19 Fevral 2019 ATƏT sədri Bakı və Yerevana səfər edəcək
19 Fevral 2019 Prezident nazir müavini təyin etdi
19 Fevral 2019 ABŞ-ın 16 ştatı Trampı məhkəməyə verdi
19 Fevral 2019 Azərbaycan Himni ilə bağlı QANUN DƏYİŞDİ: bundan sonra...
18 Fevral 2019 Prezident Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub - FOTO
18 Fevral 2019 İlham Əliyev Sumqayıtda zavod açılışında - FOTO (YENİLƏNDİ)
18 Fevral 2019 Belarusdan Putinə qəribə təklif: “Rusiyaya birləşməyə hazırıq”
18 Fevral 2019 Azərbaycanlılarla çeçenlərin davasında erməni izi - VİDEO
17 Fevral 2019 Ərdoğan: “Müsəlman olduğumuza görə qəbul etmirlər”
16 Fevral 2019 Prezident İlham Əliyev Siyavuş Novruzovu "Şöhrət" ordeni ilə təltif edib
16 Fevral 2019 Ərdoğandan Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı bəyanat
15 Fevral 2019 50 min nəfərə ŞAD XƏBƏR - Prezident 3,3 milyon manat ayırdı
15 Fevral 2019 Daha bir postsovet ölkəsində inqilab