|
![]() |
İsrail tankları Suriyanın Kuneytra əyalətindəki obyektlərə zərbələr endirib.
Missiya.Az xəbər verir ki, zərbələr nəticəsində xəstəxana binası məhv edilib.
Suriya dövlət televiziyasının yaydığı xəbərdə bildirilir ki, Cubata əl-Həşabdakı rəsədxana da hücuma məruz qalıb.
Ölən və yaralananlar barədə məlumat verilmir.