b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1549886760_15498860105285752853_1000x669.jpg
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində olub.
 
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dəfələrlə bu müəssisəyə gələn Mehriban Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib. Bu gün də Mehriban Əliyeva burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb.
 
Mərkəzin baş həkimi İradə Musayeva Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, hazırda müəssisədə körpəlikdən yetkinlik yaşına qədər 103 uşağa tibbi xidmət göstərilir. Burada uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə inşa edilən bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Mərkəzdə autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Onların müalicəsi isə kompleks şəklində, yəni həkim və pedaqoji müalicə daxil olmaqla aparılır. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Burada ən müasir tibb və diaqnostik cihazlardan, reabilitasiya avadanlığından istifadə olunaraq, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərilir. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə peşəkar tibbi, pedaqoji və texniki heyət məşğul olur.
 
Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət edib.
 
Doqquz yaşlı Ömərlə birgə rəsm çəkən birinci xanım Mehriban Əliyeva onun bacarıqlı olduğunu deyib. Heydər Əliyev Fondunun prezidenti uşaqların müalicəsi üçün tətbiq edilən prosedurları izlədi, müalicə zamanı istifadə olunan üsullarla maraqlanıb. Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan 6 yaşlı Nasimin də istək və arzularını dinləyib, oyun vasitəsilə onun suallarını cavablandırıb. Tibb müəssisəsinin digər balaca pasiyenti Abdullanın müalicəsi isə filtrasiya olunan musiqinin xüsusi qulaqcıqlarla dinlənilməsinə əsasən beyinə impulsların ötürülməsi ilə aparılır.
 
Müalicənin bu üsulu ilə maraqlanan Birinci vitse-prezidentə məlumat verilib ki, cari ildən həmin müalicədə tətbiq edilən yeniliklərdən biri də Azərbaycan klassik musiqisinin filtrasiya olunaraq istifadə edilməsidir.
 
Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət sağlamlıq imkanları məhdud uşaqların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Mərkəzdə yaradılan şərait də bunu bir daha təsdiq edir.
 
Xüsusi qayğıya ehtiyacı olan balacalar Mehriban Əliyeva ilə söhbət edərək bacarıqlarını nümayiş etdiriblər.
 
Uşaqlar Heydər Əliyev Fondunun prezidentinə sevimli oyunlarından, oxuduqları mahnılardan danışıblar.
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müəssisənin həyətində inşa edilən akt zalı haqqında da məlumat verilib.
 
Mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
 
Birinci vitse-prezident tibb ocağının fəaliyyətinə uğurlar arzulayıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1549886724_15498860101805957515_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1549886715_15498860104721415516_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1549886707_15498860101690630049_1000x669.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_fvfgfghf.jpg
 
25 Aprel 2019 “Yayılan fotoşəkillər 2011-ci ildə çəkilib” – Qoruq idarəsindən bəyanat
25 Aprel 2019 Bakıda kinoteatrın yerində müasir ticarət mərkəzi tikiləcək
25 Aprel 2019 Qadın bankdan kredit götürdüyü pulu itirdi, polis qaytardı
25 Aprel 2019 Tolik Sevdanın atasına:Üzünə tüpürərəm... - Tolik təhqir etdi
25 Aprel 2019 Afəti Rusiyada pul yağışına tutdular - VİDEO
25 Aprel 2019 Türk sürücüdən azərbaycanlı qadın turistə böyük jest - 40 km məsafəni geri dönüb... - VİDEO
24 Aprel 2019 Əli Kərimli və dəstəsi terrorçuları niyə dəstəkləyir? – Ölkəmizə qarşı yeni hücum planı
24 Aprel 2019 Qaz limitinin ləğvi mümkündür? - İqtisadçıdan açıqlama
24 Aprel 2019 İlham Əliyev Çində - FOTO
23 Aprel 2019 Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 2019 Azərbaycanda son 30 ilin ən soyuq apreli - SƏBƏB AÇIQLANDI
23 Aprel 2019 Sürücülük vəsiqələri ilə bağlı - MÜHÜM YENİLİK
23 Aprel 2019 Ukrayna prezidenti Zelenski Bakıda belə yıxıldı - VİDEO
22 Aprel 2019 8 yaşlı idmançımız finalda ermənini məğlub etdi
22 Aprel 2019 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı
21 Aprel 2019 Bakıda ana qızını evdə oğlanla tutdu, aləm bir-birinə dəydi - VİDEO
19 Aprel 2019 Əməkdar artist xalq artisti Səməd Səmədovu “yıxıb-sürüdü” - VİDEO
19 Aprel 2019 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır
19 Aprel 2019 Yevlaxda QƏRİBƏ hadisə: Sıçan kişini dodağından dişləyib
19 Aprel 2019 Namiq Qaraçuxurlunun səhhəti pisləşdi: əməliyyat olunacaq