b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_qebul_merkezi.jpg

Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb.

Missiya.Az xəbər verir ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb. Missiya.Az xəbər verir ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcəkdir. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

XI siniflər üzrə buraxılış imtahanları 7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.

Əvvəlcədən elan olunduğu kimi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcək.

22 Avqust 2019 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO
21 Avqust 2019 Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
19 Avqust 2019 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar 1 həftə bağlı olacaq
19 Avqust 2019 Parkinq üçün pul ödədi, amma cərimələndi - VİDEO
16 Avqust 2019 Umayra Tağıyeva: Hava proqnozunun verilməsi çətinləşib
16 Avqust 2019 Vaqif Əsədovdan sürücülərə çəkələk xəbərdarlığı - FOTO
15 Avqust 2019 Sabah 37 dərəcə isti olacaq
15 Avqust 2019 Bu ərazilərdə su olmayacaq
09 Avqust 2019 Temperatur yenidən yüksələcək - 36 dərəcə isti
08 Avqust 2019 Avqustun 9-na olan hava proqnozu
07 Avqust 2019 Müəllim olmaq istəyənlərə VACİB XƏBƏR – Seçim başlayır
06 Avqust 2019 Qurban bayramında neçə gün iş yoxdur?
06 Avqust 2019 Müəllimlərin işə qəbulu üzrə keçid balı müəyyənləşdi
02 Avqust 2019 Bakıda ən çox və ən az maaş alanların siyahısı açıqlandı
02 Avqust 2019 Bu çimərliklərə getməyin - XƏBƏRDARLIQ
31 İyul 2019 “Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir” - İlham Əliyev
31 İyul 2019 DYP və nazirlik “Təmiz hava” aylığı keçirəcək
24 İyul 2019 Sabahın havası: şimşək, yağış, dolu
22 İyul 2019 Bakının bu əraziləri işıqsız qalacaq
12 İyul 2019 "Bakı Kart"da YENİLİK – Bundan sonra ...