b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_sefer.jpg
“Aparılan hesablamalara görə, gömrük nəzarətindən gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd edilib və nəticədə tərəfimizdən saxlanılmış qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 mln. manat olub, 416 mln. manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb”.

Missiya.Az xəbər verir ki, bu fikri DGK sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

S.Mehdiyev bildirib ki, ötən il 117 gömrük əməkdaşı vəzifəsindən azad edilib:

“Xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Cari ildə də Baş Prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birlikdə korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndiriləcək”.

DGK sədri rəhbərlik etdiyi qurumun sənəd dövriyyəsini tamamilə elektronlaşdırdığını da qeyd edib:

“Cənab Prezident, Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100%-ə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub. 2018-ci ildə Komitəyə 11 növ elektron xidmət üzrə 3 077 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib”.

17 İyul 2019 Yol polisindən avtoyuma məntəqələri ilə bağlı - XƏBƏRDARLIQ
16 İyul 2019 Zelenskidən böyük uğur - Razılıq əldə olundu
15 İyul 2019 Xalq artistinin vəziyyəti ağırlaşdı - Türkiyəyə aparıldı
15 İyul 2019 İki aprel şəhidinin yaxınları evləndi - toydan maraqlı görüntülər - VİDEO
13 İyul 2019 Azərbaycanda baş verən silahlı insidentin TƏFƏRRÜATLARI - YENİLƏNİB
12 İyul 2019 Vilayət Eyvazov ölkənin bütün rəislərini topladı - İclas keçirilir
11 İyul 2019 Azərbaycanda dövlətə xəyanət edən şəxslə bağlı YENİ MƏLUMAT
10 İyul 2019 Zelenski məmuru iclasdan qovdu: Rədd ol, quldur! - VİDEO
10 İyul 2019 Ərdoğan: Abdulla Gül və Əhməd Davudoğludan incimişəm
09 İyul 2019 Bu ixtisası seçənlərə əlavə 200 manat təqaüd veriləcək
09 İyul 2019 Azərbaycanda DƏHŞƏT – Mikroavtobus qəzaya uğradı – 8 ölü, 1 yaralı
08 İyul 2019 Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
08 İyul 2019 Piyadadan 10 manat rüşvət alan polislər İŞDƏN ÇIXARILDILAR
04 İyul 2019 Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlı: “Zülmə etiraz edirdim”
04 İyul 2019 Prezident yeni dövlət qurumu yaratdı - FƏRMAN
27 İyun 2019 Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - VİDEO
26 İyun 2019 Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir
25 İyun 2019 Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində - FOTO
25 İyun 2019 Ramiz Mehdiyev vida mərasimində - FOTO
25 İyun 2019 Azərbaycanda imtahan sisteminə müdaxilə - Cavablar oğurladı, nəticələr ləğv edildi