b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_1547282108_323992_src.jpg
Vergi sahəsində də çox dərin islahatlar aparılıb. Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü,  bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
 
Dövlət başçısı qeyd edib ki, vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu:

"Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. 
 
Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar”.
 
"Aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, - artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, - eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. 
 
15 Yanvar 2019 Baş Prokurorluqdan Rüfət Aslanlı ilə bağlı - AÇIQLAMA
15 Yanvar 2019 Baş İdarə rəisi: Ötən il 25 nəfər cinayət başında yaxalanıb
10 Yanvar 2019 İstanbul-Bakı-İstanbul reysləri ləğv edildi
08 Yanvar 2019 Parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər - Ciddi ehtimal
07 Yanvar 2019 Türkiyədə azərbaycanlıların da olduğu gəmi batdı - VİDEO
06 Yanvar 2019 Həcc ziyarətinə ən çox hansı ölkə vətəndaşları gedir? - SİYAHI
05 Yanvar 2019 Azərbaycan filmində biabırçı görüntülər – VİDEO
03 Yanvar 2019 Məmurlar yanan yataqxanada - FOTOLAR
03 Yanvar 2019 Bakıda qaçqınların binası belə yandı - VİDEO
27 Dekabr 2018 Eldar Əzizov daha iki vəzifəli şəxsi işdən çıxardı
26 Dekabr 2018 Kəmaləddi̇n Heydərov Yeni illə bağlı əmr verdi̇
25 Dekabr 2018 İxracatçı sahibkarlara “2019 İxraca dəstək” layihəsi təqdim olunub
25 Dekabr 2018 Səhlab Bağırova ağır itki üz verdi
24 Dekabr 2018 Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
24 Dekabr 2018 "Sənsiz ilk bayramım olacaq, ana" - Təranənin qızı
22 Dekabr 2018 Sosial evlərlə bağlı qaydalar təsdiqləndi - QƏRAR
21 Dekabr 2018 Bakcell yeni dövrün xidmətini yaradır - Nömrəniz hesabınız olacaq
21 Dekabr 2018 Prezident məhkəmə binasının açılışında
18 Dekabr 2018 Qənirə Paşayeva iclasa qolu sarıqlı vəziyyətdə gəldi
15 Dekabr 2018 İşıq borcu olanlara şad xəbər