b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_kahtan.jpg

Səudiyyə Ərəbistanının müxalif jurnalisti Camal Kaşıkçının qətlinin əsas şübhəlilərindən biri olan Səud əl-Kahtani yoxa çıxıb. 

Missiya.Az xəbər verir ki, bununla bağlı “Washington Post” nəşri məlumat yayıb. 

Vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əsas sözçülərindən olan Kahtaninin taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Nəşr bildirib ki, Kahtani Türkiyə tərəfinin cinayətdə əli olan şəxslərin adlarını açıqladıqdan sonra yoxa çıxıb. Bəzi mənbələr Kahtaninin ev dustaqlığında saxlanıldığını iddia edib. Ancaq bu iddia da təsdiqini tapmayıb. 

Xatırladaq ki, Camal Kaşıkçı ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Konsulluğuna gəldikdən sonra qətlə yetirilib.

O, türkiyəli vətəndaşla nikah bağlamaq üçün boşandığını təsdiq edən sənəd (subaylıq haqqında arayış) almaq məqsədilə diplomatik nümayəndəliyə üz tutub. Nişanlısı onu konsulluq binası yaxınlığında gözləyib. Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalistin qətlə yetirilməsini yalnız 19 gündən sonra təsdiq edib. Habelə qətlin qəsdən törədilmədiyi açıqlanıb.

Türkiyə hüquq-mühafizə orqanları isə jurnalistin ölümündə ümumilikdə 18 nəfəri şübhəli bilir və onların ölkəyə ekstradisiya olunmasını tələb edir. Yerli hakimiyyət qətlin qəsdən, xüsusi amansızlıqla törədildiyini iddia edir.

Son istintaq versiyasına görə, jurnalistə işgəncələr verilib, bədəni hissələrə doğranıb və diplomatik toxunulmazlıqdan sui-istifadə olunaraq çantalarda ölkədən çıxarılıb.

Yanvarın 3-də Ər-Riyadda Kaşıkçının qətli ilə bağlı ilk məhkəmə iclası keçirilib. Prokurorluq qatillərin şəriət qaydalarına uyğun cəzalandırılmasını və şübhəli bilinən 11 nəfərdən beşinin edam olunmasını tələb edib.

 
23 Fevral 2019 Həcc ziyarətinin builki qiyməti məlum oldu
23 Fevral 2019 Şənbə-bazar gününün MƏZƏNNƏSİ
23 Fevral 2019 Moldova prezidentinin korteji qəzaya düşdü
23 Fevral 2019 Ramil Usubov yeni rəis təyin etdi
22 Fevral 2019 Elmar Məmmədyarovun Ukraynadakı səfirlikdən xəbəri varmı? - "Mitsubishi"li xanım müəmması davam edir
22 Fevral 2019 Mehriban Əliyeva görüş keçirdi - FOTO
22 Fevral 2019 Bakıda məktəbin tualetinə kamera quraşdırılıb – VİDEO
22 Fevral 2019 Ələt-Astara yolu nə zaman ödənişli olacaq? - Dəqiq tarix
22 Fevral 2019 Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir - FOTOLAR
22 Fevral 2019 Azərbaycanda ən yüksək əməkhaqqı olan sahələr açıqlandı - CƏDVƏL
21 Fevral 2019 Tanınmış jurnalistə ARB TV-də vəzifə verildi
21 Fevral 2019 Prezident DTX-nın səlahiyyətlərini artırdı
20 Fevral 2019 Gələn ay 10 gün iş olmayacaq – ŞAD XƏBƏR
20 Fevral 2019 Ramil Usubov ona yüksək vəzifə verdi
19 Fevral 2019 Tural onu qız qaçırmaqda ittiham edən Qurban Məmmədovu biabır etdi: "Tula..." - VİDEO
19 Fevral 2019 Nigar Camal Mədət Quliyevin oğlu ilə klipdə – FOTO
19 Fevral 2019 Azərbaycanlı samboçu söyüşə görə adam öldürdü
18 Fevral 2019 Prezident Sumqayıta üç milyon manat ayırdı
18 Fevral 2019 Leyla Əliyeva nadir əsərlərindən ibarət sərgidə - FOTO
16 Fevral 2019 Rafael Ağayev bürünc medal üçün döyüşəcək