b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_61757b62b58858dcdb99e8eb023642fb-640x425.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Axundov və Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Missiya.Az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası yanvarın 9-na təyin edilib. 

Qeyd edək ki, E.Axundov və R.Ağayev ötən il martın 7-də Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanıblar. E.Axundovun əvvəllər məhkum olunduğu üzə çıxıb.

Məlumata görə, həmin şəxslər Ceyranbatan qəsəbəsi, Nərimanov küçəsində gecə saat 01:00 radələrində 36 yaşlı Könül Sahibovanın yaşadığı evə üzlərinə maska geyinərək basqın ediblər. Qadının evdə tək olmasından istifadə edən hər iki şəxs ikinci mərtəbənin pəncərəsindən mənzilə daxil olub və ona hücum ediblər.

Onlar zor tətbiq etməklə K.Sahibovanın əl və ayaqlarını bağlayıb, ağzına yapışqanlı lent yapışdırıblar. Bıçaqla hədə-qorxu gələn, pul və qızıl tələb edən həmin şəxslər mənzildən 50 manat və dəyəri 300 manat olan qızıl sırğaları götürərək qaçıblar.

Araşdırma zamanı E.Axundov və R.Ağayevin martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərdikləri məlum olub. 

Hər iki dost həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Həşimova və onun 2013-cü il təvəllüdlü qızı Zəhra Həşimovaya bıçaqla hədə-qorxu gəliblər. Onlar bıçaqla qadın və qıza müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

17 Yanvar 2019 İlham Əliyev bir neçə dövlət qurumunu LƏĞV ETDİ - FƏRMAN
17 Yanvar 2019 Rəsulzadənin barelyefini oğurlayan şəxs tutuldu
17 Yanvar 2019 “Məhsul”u niyə doldura bilmirlər? – Kameralarda axtarılan bəhanə…
17 Yanvar 2019 Yollar buz bağlayacaq - PROQNOZ
17 Yanvar 2019 Səhiyyə Nazirliyindən xəstəxanalardakı vəziyyətlə bağlı açıqlama
16 Yanvar 2019 Əflatun Amaşov: "Mediamız kifayət qədər təsir gücünə malikdir"
16 Yanvar 2019 Azərbaycanda 2 gün dərs olmayacaq: Havaya görə
16 Yanvar 2019 Adnan Oktarın məşhur "kediciyindən" 100 səhifəlik etiraf: "Mən dəfələrlə..." - FOTO
16 Yanvar 2019 Britaniyalı deputatlar “Brexit”in şərtlərinə dair sazişə “yox” dedilər
16 Yanvar 2019 Baş nazirdən iki institutla bağlı QƏRAR
15 Yanvar 2019 Ermənistan ordusunda ağır itki: 63 ölü
15 Yanvar 2019 Paşinyanın yeni parlamenti ilk gündə BİABIR OLDU
14 Yanvar 2019 Mirşahin Mehman haqqında: "Əvvəl biraz suvarıb, sonra qatıqlayıb" - VİDEO
13 Yanvar 2019 Maradona xəstəxanaya yerləşdirildi
12 Yanvar 2019 Dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq - VİDEO
11 Yanvar 2019 İlham Əliyev nazirləri topladı - YENİLƏNİB
11 Yanvar 2019 Azərbaycanlı müğənni 54 yaşında ata olacaq
11 Yanvar 2019 Nazpəridən mərhum klarnet ustasının ailəsinə dəstək - VİDEO
11 Yanvar 2019 Argentinalı diktator, "AŞPA" adlı şantaj maşını, kanslerin siması - ŞƏRH
11 Yanvar 2019 “Sovetski”də bir ailəni məhv edən partlayışla bağlı yeni iddialar