b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_cd0ee433-3696-4b7e-acda-f54c12dacd50_700x390.jpg

Həbsdə olan bloqqer Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır.

Missiya.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib.

“Bu adam çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır. Onun heç bir problemi yoxdur. Bilirsiniz ki, səhhətində problem olan istənilən şəxslə bağlı dərhal reaksiya verilir, həkim müdaxiləsi olur. Amma onunla bağlı belə bir şeyə ehtiyac olmayıb, çünki aclıq aksiyası keçirmir”, - M.Sadıqov əalvə edib.

Xidmət rəsmisi deyib ki, M.Hüseynov cəmi bir günlük aclıq aksiyası keçirib: “Aclıq aksiyası elan etmişdi, səhəri gün yemək yeməyə başladı. Bununla bağlı akt da tərtib olunub, özü də akta imza atıb”.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanıb.

19 İyun 2019 İnqilabi islahatlar davam edir: Ardı da gələcək - Səbuhi Məmmədli yazır
19 İyun 2019 “Gürcüstan görəcək ki, 100 faiz torpaqları işğal altındadır” - ABŞ rəsmisi
19 İyun 2019 Jitomirdəki diasporumuz yubiley tədbiri keçirib
19 İyun 2019 "Prezident həmişə vətəndaşın yanındadır" - Davamlı sosial siyasət və nümunəvi dövlət modeli
19 İyun 2019 Pensiyalar da qalxır - Prezidentdən daha bir tapşırıq
18 İyun 2019 Ayağı sınan sakininin fəryadı - Beyləqan xəstəxanasında həkim tapılmır - VİDEO
18 İyun 2019 Azərbaycanda bazardakı qətliamın - DƏHŞƏTLİ VİDEOSU (+18)
18 İyun 2019 Məhəmməd Mursinin ölümündən əvvəl dediyi son sözlər açıqlandı
17 İyun 2019 Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı
17 İyun 2019 Ağstafada silahlı insident: 3 nəfər öldürüldü, yaralılar var
17 İyun 2019 Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
17 İyun 2019 Virtual hücumlara ən həssas olan cihazlar – SİYAHI
16 İyun 2019 Türkiyədə onlarla azərbaycanlı tələbə məzun oldu - VİDEO
15 İyun 2019 Novruz Məmmədov Tacikistan prezidenti ilə görüşüb
14 İyun 2019 Kənd Təsərrüfatı naziri İnam Kərimov kombaynda - FOTO
14 İyun 2019 Ağsaqqallar Şurası Milli Qurtuluş Günü ilə bağlı Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
14 İyun 2019 Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat etdi
12 İyun 2019 Moskvada kütləvi etiraz aksiyası – VİDEO
12 İyun 2019 Yeniyetmə anasına “balam” deyəni vurub
12 İyun 2019 "Azərbaycanın gömrük xidmətində də ciddi işlər aparılır - İlham Əliyev